Icma.az
close
up
RU
“Hesabat dövründə ümumilikdə 24 min 783 ədəd minik avtomobili rəsmiləşdirilib” ORXAN SULTANOV

“Hesabat dövründə ümumilikdə 24 min 783 ədəd minik avtomobili rəsmiləşdirilib” ORXAN SULTANOV

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən etibarən aparılan nəzarət tədbirləri nəticəsində 1072 hüquqpozma faktı aşkarlanıb”.

SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur çərçivəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov bildirib.

Onun sözlərinə görə, aşkarlanan hüquqpozma faktlarının 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterli olub:

“Cinayət xarakterli faktlar üzrə 3 halda üzərində məcburi nişanlama aparılmalı olan, lakin nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi müəyyən edilib. Digər bir fakt üzrə isə gömrük orqanına bəyan olunmayan 308,30 karat brilyant qaşları aşkarlanıb.

Həmçinin, 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 min 840 ədəd siqaretin dövriyyədə olduğu müəyyən edilib”.

Qurum rəsmisi əlavə edib ki, gömrük qaydalarının pozulması ilə bağlı baxılmış inzibati işlər üzrə tətbiq olunan cərimələrin ümumi məbləği 97 min 169,80 manat təşkil edib.

“Bunun 81 min 146,35 manatının ödənilməsi təmin olunub.

Bundan başqa, 64 fakt üzrə materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Digər statistik göstəricilərə əsasən, 3 milyon 499 min 860,72 litr energetik içki, 4 milyon 440 min 750,03 litr spirtli içki, 59 milyon 449 min 68 ədəd tütün məmulatı, 18 min 928,16 kiloqram qəlyan üçün tütün, eləcə də tərkibində tütün olan və ya bərpa edilmiş tütün çubuqlarından 141 milyon 385 min ədəd rəsmiləşdirilib”.

O.Sultanov onu da qeyd edib ki, hesabat dövründə ümumilikdə 24 min 783 ədəd minik avtomobili rəsmiləşdirilib:

“Onlardan 6 min 815-i hibrid, 482-si tam elektrikli, 2 min 526-sı dizel, 14 min 960-ı isə benzin mühərrikli nəqliyyat vasitələri olub.

Bundan əlavə, 2 min 641 yük avtomobili, 723 yəhərli dartıcı, 590 qoşqu və yarımqoşqu, həmçinin 1960 digər nəqliyyat vasitəsi rəsmiləşdirilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri