6 ildir fanatı tərəfindən izlənən məşhur müğənni ondan şikayətçi oldu
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Türkiyəli müğənni Tan Taşçının 6 ildir yaşadığı obsesif fanat kabusu hələ də davam edir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sənətçi Nurşan Ç. adlı pərəstişkarına görə yenidən ədliyyəyə müraciət edib.
Müğənni mühafizə qərarına baxmayaraq kulisə daxil olan Nurşan Ç.-nin onun təhlükəsizliyini təhdid etdiyini iddia edib.
İddialara görə Nurşan Ç. sosial şəbəkədə Taşçıya mesaj, video və səs yazıları göndərərək müğənnini narahat edib.
Obsesif pərəstişkarının konsertlərinə gələrək xaos yaratmasından narahat olan müğənni prokurorluqda cinayət işi qaldırıb. Nurşan Ç haqqında iddia açılıb və onun 2 ilə qədər həbsi tələb olunub.
Aysel

Mayomedin həkimindən şikayətçi olan müğənni təhdid olunur
17 Dekabr 2024 01:43
Venesuela ABŞ dən şikayətçi oldu
19 Sentyabr 2025 02:18
Hadisə dələduzluğa məruz qaldı Şikayətçi oldu
13 Avqust 2025 17:58
Özcan Deniz yenidən qardaşından şikayətçi oldu
25 Sentyabr 2025 14:37
20 vəkil keçmiş prezidentdən şikayətçi oldu
02 Oktyabr 2025 11:55

