6 israilli məhbusun ölümü: İsrail ordusu məsuliyyəti öz üzərinə götürdü
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail ordusu soyqırım törətdiyi Qəzza zolağının Rəfah şəhərində 6 israilli məhbusun öldüyü insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu avqustun 15-də Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlar zamanı Tel əs-Sultan rayonunda 6 israilli məhbusun həlak olması ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı açıqlama verib.
Açıqlamada İsrail ordusunun Rəfaha hücuma başlamasından 3 ay sonra “bölgədəki mərkəzi tunel şəbəkəsinin müəyyən edildiyi” və bölgədə əsirlərin ola biləcəyi ilə bağlı əsgərlərə “ehtiyatlı olmaq” təlimatının verildiyi bildirilib.
O cümlədən Fərhan əl-Kadinin avqustun 27-də Rəfahda sağ-salamat xilas edildiyi, avqustun 31-də isə 6 israilli məhbusun cəsədinin başqa tuneldə tapıldığı qeyd edilib.
Bundan əlavə, HƏMAS üzvləri tərəfindən israilli məhbusların öldürüldüyü iddiası ilə bağlı aparılan araşdırma nəticəsində əsgərlərin “bölgədəki ehtiyatlı hərəkətlərinə baxmayaraq, öldürmə qərarlarına birbaşa təsir etdiyi” qəbul edilib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















