Icma.az
close
up
RU
60 bal toplayan müəllimlər DANIŞDI

60 bal toplayan müəllimlər DANIŞDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, təhsildə keyfiyyət göstəricilərinin də ön plana çıxmasına imkan yaradır.

Redaktor.az xəbər verir ki, Naxçıvanda keçirilən sertifikatlaşdırma imtahanlarının ikinci dövriyyəsində son iki günündə 5 müəllim maksimum nəticə - 60 bal toplayıb. İmtahanda maksimum nəticə toplayan müəllimlər uğurlarının sirri, hazırlıq prosesi və müəllimlik peşəsinə baxışları ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandırıblar.

60 bal toplayan Sədərək kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Elsevər Səfərovun 11 illik pedaqoji stajı var. Deyir ki, imtahana hazırlıqlı olsa da, son 2 ayda daha planlı şəkildə çalışıb: “Həm öz ixtisasım, həm də metodikadan planlı formada çalışdım. İmtahan prosesi çox şaffaf keçdi. Əsas odur ki, mane olan yox idi. Yanımızda su, kağız, qələm, hər şey təşkil olunmuşdu. İmtihan verəcək olan müəllimlərə isə məsləhətim odur ki, öz üzərində çalışsalar, mütləq nəticəni görəcəklər. Bunu da planlı şəkildə eləmək lazımdır. Bir də hər bir müəllim öz səviyyəsinə uyğun olaraq qabağına məqsəd qoymalıdır. Müəllim var bir il, müəllim var 1 ay ərzində hazırlaşa bilər.  Mütəmmadi sınaqlarla, testlərlə işləmək, öz ixtisasında baş verən yenilikləri, dəyişiklikləri izləmək lazımdır”. 

Şərur rayon Gümüşlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nərmin Bağırova da yüksək bal toplayan müəllimlərdəndir. Deyir ki, bu nəticə ailəsində, məktəbdə və dost tanışları arasında sevinclə qarşılanıb. İmtahan prosesinə gəlincə isə, qeyd edir ki, hər kəs əmin ola bilər ki, imtahan çox şəffaf keçirilir: “Hər bir müəllim əməyinin bəhrəsini gördü. Nazirliyin sertifikasiya ilə bağlı siyasətini çox bəyənirəm, yaxşı ki belə bir qərar verilib. Biz müəllimlər gördük ki nələri bilirik, nələri yenə də öyrənməliyik. Müəllim nə qədər çox şey bilsə, şagirdə də o qədər çox biliklər öyrədə bilər”.
Nərmin müəllim deyir ki, imtahandan qabaq o özünə güvənib: “Bilirdim ki, 55-dən yuxarı bal toplayacağam. Mənimlə yanaşı, məktəbimizin bütün müəllimləri 50-dən yuxarı bal toplayıblar. Çox sevindirici haldır ki, şagirdlərim də mənə deyir ki, müəllim, hər yerdə sizdən danışırlar. Yüksək bal topladığımı hamısı bilir və sevinir”. 

Yüksən nəticə əldə edən Culfa rayon Ərəzin kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Eminə Məmmədova sertifikasiyaya özü hazırlaşıb. Deyir ki, videoresurslardan, testlərdən istifadə edib: ”Suallar rahat oldu, həyəcansız yazdım, maksimumum bal  əldə etdim. Kim öz üzərində çalışsa, bu nəticəni əldə edə bilər. Ailəm də mənə dəstək oldu, onlar bu balı məndən gözləyirdi”.
Sertifikasiya həm maddi, həm də mənəvi dəstəkdir deyir: “Biliklərimi artırdım, fənnimi dərindən öyrəndim. Sertifikasiya məni bir az daha inkişafa apardı”. 

Şərur rayon Şahbulaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Sona Cəfərova yüksək nəticəsini ekranda görəndə sevinc və qürur hiss keçirib. Deyir ki, əslində bu nəticəni gözləyib: “İmtahan ilk başlayanda çox həyəcanlı idim, sonra isə rahatladım və maksimum bal toplaya bildim. Ailəm, məktəb kollketivim mənim bu uğurumda həmişə yanımda dəstəkçim olublar. İmtahan verəcək olan müəllimlər isə öz biliklərinə  inansınlar. İmtahanda suallar çərçivə sənədindən kənar düşmür. Suallar mənə çox asan gəldi, çaşdırıcı suallar yox idi. İmtahanda stressi atdıqdan sonra, o qədər də çətin deyil. İnanmaq qazanmağın yarısıdır deyirlər, ona görə qazanacaqlarına inansınlar”.  

Ordubad şəhər tam orta internat məktəbin tarix müəllimi Nuranə Abdullayeva üçün də sertifikasiya prosesi yüksək təşkilatçılıq və tam şəffaflığı ilə yadda qalıb. Deyir ki, müəllimlərin böyük məsuliyyət və həyəcanla qatıldığı bu imtahanlar təhsil sahəsində peşəkarlığın qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “İmtahan zamanı təqdim olunan sualların peşəkar və təcrübəli müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirəcək səviyyədə hazırlanması məndə çox müsbət təəssürat yaratdı. Suallar aydın, məntiqli və müəllimin həm nəzəri biliklərini, həm də pedaqoji hazırlığını yoxlamağa xidmət edən formada tərtib olunmuşdu. Topladığım nəticə məni olduqca sevindirdi və illərlə gördüyüm zəhmətin bəhrəsini bir daha hiss etdirdi. Müəllimlik yalnız bir peşə deyil, həm də gələcək nəsillərin formalaşmasına xidmət edən müqəddəs bir missiyadır. Mən hər zaman çalışmışam ki, şagirdlərimə tarix fənnini yalnız öyrətməyim, eyni zamanda onlarda vətənə, milli-mənəvi dəyərlərə və keçmişimizə sevgi hissi formalaşdırım”.
Müəllim deyir ki, keyfiyyətli təhsil şagirdlərin gələcək həyatında, düşüncə tərzində və uğurlarında öz böyük təsirini göstərir. Sertifikasiya prosesi də müəllimlərin öz üzərində daha çox işləməsinə, bilik və bacarıqlarını daim inkişaf etdirməsinə stimul yaradır: “Bütün müəllim həmkarlarıma tövsiyə edirəm ki, bu imtahanlara ciddi şəkildə hazırlaşsınlar, öz üzərlərində daim çalışsınlar və hər bir dərsi yüksək məsuliyyətlə şagirdlərə çatdırsınlar. Çünki müəllimin uğuru onun yetişdirdiyi şagirdlərin uğurunda yaşayır. Bu çətin və şərəfli yolda bütün müəllimlərə uğurlar, yüksək nəticələr və yeni nailiyyətlər arzulayıram”.
Müəllimlərin bu uğuru bir daha göstərir ki, peşəsinə sevgi və davamlı inkişaf istəyi yüksək nəticələrin əsas açarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri