Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir 60 bal toplayan müəllim
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün keçirilən sertifikatlaşdırma imtahanında Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən umumtəhsil məktəbinin gənc müəllimi 60 bal toplayıb.
Modern.az xəbər verir ki, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Zəhra Süleymanova sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.
Zəhra müəllimin sözlərinə görə, 4 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur və fənnini rus dilində tədris edir. 2021-ci ildə MİQ imtahanında 50 bal toplayıb. Qeyd edir ki, məktəb dərslikləri və MİQ səviyyəsinə uyğun test kitablarının köməyi ilə imtahanına özü evdə hazırlaşıb:
“Fevraldan test tapşırıqları edirdim, maydan isə kurikulum vəsaitləri ilə hazırlaşmışam. Suallar, mənə görə, çox çətin deyildi, ixtisas sualları arasında asan, eyni zamanda, çətin, düşündürücü olanları da vardı. Ancaq onların sayı çox deyildi. Kurikulum sualları üzərində bir az çox düşündüm, kurikuluma ayırdığım vaxt biologiyaya ayırdığım vaxtdan daha çox oldu. Ancaq hamısını düzgün cavablandıra bildim”.
Uğurlu müəllimin sözlərinə görə, evdə hər kəs – anası, bacısı, qohumları 60 bal yığacağını desələr də, özündən 58-59 bal gözləyib: “Anamın sözlərini düşünə-düşünə cavablarımı yenidən yoxladım ki, hamısı düz olsun və beləcə, nəticəm 60 bal oldu. 60 balı görəndə sevincdən əllərim, ayaqlarım əsdi!”
O, tədris etdikləri fənn üzrə az bal toplayan müəllimlərə tövsiyəsini də çatdırıb: “Məktəb dərsliklərini mükəmməl bilsələr, testlər işləsələr, bəs edər. MİQ vəsaitlərinə də baxılsa, yaxşı olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 İyun 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















