Icma.az
close
up
RU
60 yaşdan sonra vərdiş halına çevrilmiş bir məşq oynaqlara zərər verə bilər

60 yaşdan sonra vərdiş halına çevrilmiş bir məşq oynaqlara zərər verə bilər

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaş artdıqca bir çox insan hesab edir ki, fiziki məşqləri məhdudlaşdırmaq lazımdır, xüsusilə də oynaq problemləri varsa. Lakin fizioterapevtlərin fikrincə, müntəzəm fiziki aktivlik əksinə, oynaqların sağlam qalmasının ən təsirli yoludur. 

Qaynarinfo "Parade” nəşrinə istinadən xəbər verir ki, əzələləri gücləndirmək, hərəkətliliyi və elastikliyi qorumaq oynaq ağrılarını azaltmaqla yanaşı, iltihabın əsas səbəbini də aradan qaldıra bilər.

Fizioterapevt, "Ağrısız bədən" kitabının müəllifi Den Ginadar bildirib: "Əgər oynaqlarınızı düzgün hərəkətlərlə dəstəkləyirsinizsə, əməliyyata və ya dərman müalicəsinə ehtiyac qalma ehtimalı çox azalır".

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi məşq növləri, xüsusən də səhv yerinə yetirildikdə, sağlamlıq üçün təhlükəli ola bilər.

Yaşla oynaqlar niyə zəifləyir

Ortoped-cərrah Qbolahan Okubadejo izah edir ki, yaşlandıqca oynaqlarda "amortizasiya” rolunu oynayan qığırdaq nazilir və daha asan zədələnir. Fizioterapevt Cozef Xribik isə yaş artımı ilə əlaqədar bir sıra riskləri sadalayır:

* Osteoartrit – oynaq qığırdağının tədricən yeyilməsi, ən çox diz, omba və bel hissəsində müşahidə olunur;

* Tendinopatiya – vətərlərin elastikliyinin azalması nəticəsində çiyin və dirsək kimi oynaqlarda qıcıqlanma və mikrozədələr yaranır;

* Propriosepsiyanın azalması – bədənin oynaqların vəziyyətini daha zəif "hissetməsi”, bu da tarazlığa təsir edir;

* Yavaş bərpa – birləşdirici toxumaların sağalması daha çox vaxt aparır, bu səbəbdən bərpa məşqləri xüsusilə vacibdir.

İdman təbabəti üzrə mütəxəssis Klarinda Hougen qeyd edir ki, bu dəyişikliklər tarazlığın və koordinasiyanın zəifləməsi nəticəsində yıxılma riskini artırır.

Hansı məşq oynaqlara zərər verə bilər?

Oynaqların çevikliyini qorumaq üçün fiziki fəaliyyət vacib olsa da, bəzi məşqlər artıq yük yaradır. Xüsusilə qaçış 60 yaşdan sonra ehtiyatla yanaşılmalı məşqlər sırasındadır.

Den Ginadar xəbərdarlıq edir: "Qaçış zamanı oynaqlara təkrar zərbə təsiri düşür. Bu, iltihaba və degenerativ dəyişikliklərə səbəb ola bilər. Əgər artıq artritiniz varsa və ya iltihaba meyllisinizsə, qaçış simptomları gücləndirə bilər".

Okubadejonun sözlərinə görə, 60 yaşdan sonra qığırdaqların nazilməsi nəticəsində oynaqların amortizasiya qabiliyyəti azalır, bu da ağrı, sərtlik və mikrozədələrə gətirib çıxara bilər. Zəif əzələlər və ya yanlış qaçış texnikası bədənin bir tərəfinə daha çox yük düşməsinə səbəb olur və nəticədə xırda ağrılar xroniki problemə çevrilə bilər.

Hougen bildirir ki, bu tip yüklənmələrdən yaranan zədələr yaşlı insanlar arasında ən geniş yayılmış travmalardandır və vaxtında müalicə olunmazsa, uzunmüddətli ağrılara yol aça bilər.

Bununla belə, qaçışı tamamilə dayandırmaq da düzgün deyil. Ginadarın sözlərinə görə, əgər məşqə tədricən başlanarsa, yəni məsafə və tempi mərhələli şəkildə artırmaqla irəliləsəniz, vətərlər və sümüklər uyğunlaşaraq daha möhkəm və dözümlü ola bilər".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri