Icma.az
close
up
RU
Tarixi yaddaşımıza çevrilmiş məkan

Tarixi yaddaşımıza çevrilmiş məkan

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tariximizin əhəmiyyətli səhifələrinin qorunub saxlandığı məkandayıq. Burada toplanmış sənədlər XIX yüzillikdən bu günümüzədək ədəbiyyat və incəsənətimizin keçdiyi yola bələdçidir. Yazıçı, şair, dramaturq və ədəbiyyatşünaslarımızın Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (ARDƏİA) olan şəxsi fondlarındakı sənədləri Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafını əks etdirir.



Maraqlı olduğu qədər də çətin və məsuliyyətli peşə

Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli 496 nömrəli qərarına əsasən yaradılıb. 1966-cı ilin yanvarından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olub. Bu il 60 yaşı tamam olan arxiv tarixi bir yol qət edib. Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova ilə söhbətimizə də bu çətin və şərəfli tarixi vərəqləməklə başlayırıq. Arxivin direktoru deyir: "Ümummilli Lider Heydər Əliyevin 13 sentyabr 1996-cı il tarixli sərəncamına əsasən, Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri nəzərə alınaraq, görkəmli ədəbiyyatşünas, mətnşünas Salman Mümtazın adı verilib".

Könül Nəsibova bildirir ki, arxiv fəaliyyətə başladığı vaxtlardan indiyədək Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin, bu sahədəki dövlət idarələrinin və yaradıcılıq təşkilatlarının sənədlərini toplayır, onların mühafizəsi və istifadəsi işini təşkil edir: "Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi sistemi daxilində altı respublika tabeli arxiv təşkilatlarından biridir. Arxivdə "Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ölkənin mədəni həyatı üçün xüsusi əhəmiyyət kəsb edən idarə, müəssisə və təşkilatlarının, görkəmli  elm və mədəniyyət xadimlərinin Milli Arxiv fondunun tərkibinə daxil olan sənədlərinin daimi mühafizəsini həyata keçirir. Bura, eyni zamanda şəxsi mənşəli fondları zənginləşdirən avtoqrafla yazılmış çap məhsulları  - kitablar, dərgilər və avtoreferatlar daxildir. Bundan əlavə, Ədəbiyyat və İncəsənət Arxivi Milli Arxiv fonduna daxil olan sənədlərin komplektləşdirilməsini, uçotunu, elmi-məlumat aparatı sisteminin təkmilləşdirilməsi və elektronlaşdırılmasını, arxiv sənədlərinin istifadəsi və publikasiyasını həyata keçirir".

Arxivin saxlancları ilə tanış oluruq. Könül Nəsibova diqqətimizə çatdırır ki, arxiv işçisi olmaq maraqlılığı ilə yanaşı, çətin və məsuliyyətlidir. Ancaq tarixi yaddaşımıza çevrilmiş bu məkana ürəkdən bağlandınsa, ayrıla bilmirsən: "Mən əvvəllər də ixtisasım üzrə işləmişəm. 1999-cu ilin dekabrından isə bu arxivdə şöbə müdiri kimi işə başlamışam. O zaman Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur idi. Məni də bu arxivdə işləməyə Maarf müəllim dəvət etmişdi. O vaxtlar arxiv bir qədər təmirsiz idi. Problemlərimiz az deyildi. Ancaq kollektiv Maarif Teymurun rəhbərliyi ilə həvəslə işləyirdi. Mən də ilk günlərdən burada ürəklə çalışmağa başladım. Sanki mühafizəxanalarında qorunan sənədlər, burada yaşayan ruhlar məni bu arxivdən ayrılmağa qoymadı. Bir müddət sonra Ədəbiyyat və İncəsənət Arxivində direktor müavini oldum. 2016-cı ildə Maarif müəllim dünyasını dəyişdikdən sonra arxivin direktoru vəzifəsini daşıyıram".

Arxivin saxlanclarına baxa-baxa Könül Nəsibovadan öyrənirik ki, burada toplanmış sənədlərin mühafizəsi qaydalar üzrə həyata keçirilir. İlk növbədə onların mühafizəsi üçün şəraitin yaradılması, temperatur, rütubət rejiminə əməl olunması, sənədlərin itməsinin, zədələnməsinin, tozdan çirklənməsinin qarşısı alınması məqsədilə tədbirlər görülür. 


Arxivin komplektləşdirilməsi və sənədlərdən istifadə qaydaları

Könül Nəsibova bildirir ki, öncə komplektləşdirmə mənbəyi olan idarə və təşkilatların və yaxud şəxslərin siyahıları razılaşdırılır: "İdarə və yaradıcı təşkilatların sənədləri arxivə qaydaya salınmış halda, elmi-məlumat aparatı ilə birlikdə qəbul edilir. Sənədlər Arxivə Ekspert Yoxlama Komissiyasının (EYK) təsdiq etdiyi və yaxud razılaşdırılmış siyahılar üzrə qəbul edilir. Şəxsi mənşəli sənədlərin qəbulu isə pərakəndə halda götürülür və ilkin ekspertizadan keçirildikdən sonra qəbul edilir. Yeni fond olduqda EYK-nin protokoluna əsasən, fond açılır, növbəti dəfə daxil olursa siyahı nömrəsi ilə qeyd edilir. Sənədlər elmi-texniki cəhətdən qaydaya salınır. İlk növbədə fondun təşkili tarixi, vəziyyəti, sənədlərin sistemləşdirilməsi, sənədlərin elmi-tarixi əhəmiyyətini, saxlama müddətini təyin etmək üçün dəyərinin ekspertizası, sənədlərin xronoloji ardıcıllıqla sistemləşdirməklə saxlama vahidinin formalaşdırılması, saxlama vahidlərinə daxil olmuş vərəqlərin nömrələnməsi, təsdiqedici vərəqlərin yazılması, sərlövhənin tərtibi, daxili siyahının hazırlanması və üz cildinin təsviri, arxiv siyahısının hazırlanması və onun üz cildinin tərtibi, saxlama vahidlərinə arxiv şifrinin qoyulması və qutularda mühafizəxana daxilində yerləşdirilməsi həyata keçirilir, sənədlərin elmi-texniki cəhətdən qaydaya salınmasının nəticələri barədə akt tərtib edilir".

Arxivin direktoru sənədlərdən istifadə qaydaları barədə də məlumat verdi. Bildirdi ki, arxiv sənədlərindən istifadə qaydaları Azərbaycan Respublikasının Konstitusiyasına, "Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa, "İnformasiya əldə etmək" haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına uyğun olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilir: "Sorğulara uyğun arxiv öz təşəbbüsü ilə maraqlananların müvafiq məlumat ala bilmələrini təşkil edir. Sənədlər tədqiqat məqsədilə oxu zalında istifadəçilərə verilir,  sərgi vasitəsilə (elektron qaydada) nümayiş etdirilir. Kütləvi informasiya vasitələrində sənədlərdən istifadə olunur. Arxiv fondun sənədlərindən istifadəyə dair lazımi şəraiti yaradır".

Arxivdə Azərbaycanın bir çox görkəmli ədəbiyyat və incəsənət xadimlərinin -  Hüseyn Cavid, Əliağa Vahid, Mir Cəlal Paşayev, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov, Nəbi Xəzri, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm,  İsa Muğanna, Mehdi Hüseyn, Ceyhun Hacıbəyli, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Nəcibə Məlikova, Sona Hacıyeva, Nəsibə Zeynalova, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Ağasadıq Gəraybəyli, Tofiq Quliyev, Niyazi, Əfrasiyab Bədəlbəyli, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Cahangir Cahangirov, Ağarza Quliyev, Lətif Səfərov, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Səttar Bəhlulzadə, Mikayıl Useynov, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və başqalarının sənədləri saxlanılmaqdadır.

"Sənədlər tarix etibarı ilə XIX əsrin ortalarından başlayaraq, bu günümüzə qədər dövrü əhatə edir. Arxivdə şəxsi mənşəli fondlarda Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Mikayıl Müşfiq və digər görkəmli şəxslər haqqında maraqlı əlyazmalar, məktublar, fotoşəkillər, onların həyat və yaradıcılıqları haqqında sənədlər də mövcuddur. Bu mənada, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Əziz Şərifin (fond ¹255) şəxsi fondu xüsusi əhəmiyyət kəsb etməkdədir. Burada 1910-1987-ci illərdə yazdığı gündəlikləri, xatirələri, atası Məşədi Qurbanəlinin Cəlil Məmmədquluzadə ilə,  Əziz Şərifin Mehdi Hüseyn, Cəlil Məmmədquluzadə, Mirzə İbrahimov, Süleyman Rəhimov,  Tağı Şahbazi və digər görkəmli şəxslərlə yazışmaları, eləcə də "Molla Nəsrəddin", "Füyuzat",  "Gələcək" və başqa nadir qəzet və jurnallar, bir-birindən dəyərli kitablar saxlanılır", - arxivin direktoru deyir.


Arxivin fondları daha da zənginləşdirilir

Arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi, elektron arxiv məlumat bazasının yaradılması, kompüter avadanlığından istifadəsi, əməkdaşların bu sahədə biliklərinin artırılması, istifadəçilərin elektron arxiv məlumatlarına çıxışının təmin olunmasını özündə birləşdirir. Könül Nəsibova məlumat verir ki, elektron arxiv məlumat bazasının yaradılması, həm də rəqəmsallaşdırılmış arxiv sənədi-sənədlərin etibarlı mühafizəsini, sənədlərdən istifadənin səmərəli təşkilini, universal informasiya axtarış sisteminin yaradılmasını təmin edir. Milli Arxiv fondunun rəqəmsallaşdırılması, vahid elektron arxiv məlumat sisteminin yaradılması məqsədilə həyata keçirilir. Bu sahədə normativ hüquqi sənədlərin layihələri hazırlanmışdır. Arxiv siyahılarının və sənədlərin elektron daşıyıcılara köçürülməsi işi davamlı olaraq yerinə yetirilir. Elektron sənəd dövriyyəsi sistemi (EAMS) ilə arxiv arayışlarının verilməsi  prosesi həyata keçirilir. EAS, EAMS, ESDS, EHS-in  və digər informasiya sistemləri  vasitəsilə arxiv sənədlərinin  sistemli işlərinə nəzarət, fəaliyyətinin və daim yenilənməsinin təmin olunması, sistemlər üzərində müvafiq texniki yenilənmələr həyata keçirilir.

"Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsinin ikinci hissəsinə əsasən, "hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır", - deyə arxivin direktoru vurğulayır. Diqqətə çatdırır ki, Azərbaycanın mədəni irsinin bir hissəsi olan arxiv sənədləri keçmişimiz ilə bağlı məlumatların əldə olunması işində ən vacib saxlanc mənbəyidir.

 Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, mədəniyyət sahəsindəki dövlət idarələri və yaradıcı təşkilatların sənədlərini dövlət mühafizəsinə qəbul edərək öz fondlarını daha da zənginləşdirir.



Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see316

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see222

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see212

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see208

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see206

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see202

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see180

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see178

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see175

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see175

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see171

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see166

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see165

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see163

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see158

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see157

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see154

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see153

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see149

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri