Icma.az
close
up
RU
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? TƏFƏRRÜAT

60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? TƏFƏRRÜAT

Icma.az, Sitat.info saytına istinadən bildirir.

60 yaşlı kişinin Sumqayıtda toy məclisində iki nəfəri öldürmək istəməsinin təfərrüatı məlum olub. Onun öldürmək istədiyi şəxs qardaşı və qardaşının arvadı olub. Hadisəyə səbəb isə ata evlərinə görə yaranmış mübahisə imiş.

Sitat.info xəbər verir ki, söhbət Rafiq Kərimduxtanın cinayət işindən gedir. Rafiq Kərimduxta və qardaşı arasında ata mülkinə görə uzun müddət məhkəmə çəkişməsi olub. Qardaşı Krərimduxtanın məhkəmə qaydasında evdən çıxarılmasını istəyib. Buna görə də aralarında uzun müddət mübahisə olub. Rafiq Kərimduxta qardaşını öldürmək qərarına gəlib. O, qardaşı Vahid və onun arvadı İradə Kərimduxtanı toy məclisində öldürmək istəyib.

Rafiq Kərimduxta ifadəsində bunları deyib:

“2008-ci ildə qardaşım iddia əsasında ata mülkümüz olan Sumqayıtdakı mənzildən məni məhkəmə qaydasında qeydiyyatdan çıxardı. Buna görə də münasibətlər pozuldu. Qisas alacağımı demişdim”.

R.Kərimduxta toy məclisinin yekunlaşmasına az qalmış, gecə saat 11 radələrində qardaşıgilin əyləşdiyi masaya yaxınlaşıb. Qardaşına arxadan yaxınlaşaraq onun başından tutub araxaya çəkib və boğazını kəsmək istəyib. Həm zərərçəkmişin, həm də ətrafdakıların müdaxiləsi ilə əməlini başa çatdıra bilməyib.

Onun əlində ov bıçağı olub. R.Kərimduxta daha sonra qardaşının arvadını tutaraq onun boğazını kəsmək istəyib. Bu dəfə də əməlini tam icra edə bilməyib.

R.Kərimduxta hər iki şəxsə boynun sağ yarısının kəsilmiş-deşilmiş yarası, qırtlağın zədələnməsi xəsarətləri yetirib.

İstintaq belə qənaətə gəlib ki, zərərçəkmiş şəxslərin müqaviməti, toy mərasimində iştirak edən qonaqların müdaxiləsi onun hərəkətlərinin qarşısını alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7. (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Rafiq Kərimduxtanı 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan R.Kərimduxta apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə də onun şikayətini əsaslı hesab etməyib.

Zərərçəkmiş tərəf R.Kərimduxtanı bağışlamayıb. /Musavat.com 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri