Icma.az
close
up
RU
Azərbaycanda 33 yaşlı kişi 2 qadını dişlədiyinə görə tutuldu Təfərrüat

Azərbaycanda 33 yaşlı kişi 2 qadını dişlədiyinə görə tutuldu Təfərrüat

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Salyan rayonunda 1993-cü il təvəllüdlü Nurlan qeyri-rəsmi münasibətdə olduğu Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 2-də rayonun qəsəbələrindən birində baş verib. Nurlan həmin gün günorta saatlarında yaşadığı fərdi yaşayış evində Nərminə ilə mübahisə edib. 
Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən şillə və yumruq ilə onu vurub. 
İş üzrə izahat verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminəni təxminən 2 ilə yaxındır tanıyır, onunla qeyri-rəsmi münasibəti var:
“Nərminə qəsəbədə tək yaşayır, arada bir onun yaşadığı evinə gedirəm. Bizim aramızda heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmayıb. Bizim münasibətlərimiz həmişə yaxşı olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 2-də, saat 12 radələrində yaşadığı evdən çıxaraq Nərminənin yaşadığı evinə gedib:
“Nərminə evində tək yaşayır. O, 2 gündür mobil telefon vasitəsilə mənə zəng etdiyini, nə üçün onun zənglərinə cavab vermədiyimə narazılıq etdi. İşlərim olduğu üçün onun zənglərinə cavab verə bilmədiyimi dedim. Nərminə isə yalan danışdığımı, başqa qızlarla birlikdə olduğumu dedi. Mən isə Nərminəyə belə bir şeyin olmadığını dedim. Buna baxmayaraq o, əsəbiləşərək məni qısqandığını bildirdi. Mən də ağıllı olmasını dedim. Nərminə mənimlə mübahisə etməyə başladı. Mən isə ona yenidən belə etməməsini dedim. Lakin Nərminə sözlərimə məhəl qoymayaraq məni nalayiq ifadə ilə təhqir etdi. Əsəbiləşərək Nərminənin baş və bədən nahiyələrinə 2-3 dəfə şillə və yumruqla vurdum. Əsəbim keçmədiyi üçün onun sol qolundan 2 dəfə dişlədim. Nərminə onu döydüyüm üçün məndən uzaqlaşdı. Mən də oradan çıxaraq getdim”. 
Salyan Rayon Məhkəməsinin hökmü ilə Nurlan 1 il 11 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan əlavə Salyan rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Qeyd edək ki, Nurlan bundan əvvəl Hacıqabul rayonunda oxşar əməl törətdiyi üçün məhkum edilib. Həmin hadisə 23 noyabr 2024-cü ildə, gecə saat 4 radələrində baş verib. 
Həmin ittihama görə, Nurlan Hacıqabul şəhərində yerləşən mənzildə birlikdə yaşadığı Əntiqə (ad şərtidir – red.) ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib. 
Belə ki, Əntiqə münasibətdə olduğu kişinin icazəsi olmadan işləyib və bu onların münasibətlərində gərginlik yaradıb. Bu zaman Nurlan qadının sol qol nahiyəsindən bir dəfə və üz nahiyəsinin sol hissəsindən iki dəfə qəsdən dişləyib.
Onu da qeyd edək ki, Əntiqə Şirvan şəhərində yerləşən “Araba” adlanan hamamda işləyib. Həmin dövrdə dostları ilə birlikdə həmin hamama gedən Nurlan qadınla tanışlığı yaranıb və onunla sevgili kimi yaşayıblar. Amma sonda sözləri düz gəlmədiyi üçün mübahisələri yaranıb və gərginləşən münasibətləri sonda cinayətin baş verməsi ilə nəticələnib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri