Icma.az
close
up
RU
62 il əvvəlki kabus GERİ QAYIDIR Dünya yenidən dağıdıcı böhranın ASTANASINDA

62 il əvvəlki kabus GERİ QAYIDIR Dünya yenidən dağıdıcı böhranın ASTANASINDA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya yeni bir Karib böhranı ssenarisi ilə üz-üzədir. Ukrayna müharibəsinin dayandırılmasına nail ola bilməyən dünya gücləri indi yenidən nüvə silahı yarışına start verirlər. 
ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etməsindən sonra Rusiya Prezidenti Vladimir Putin də təcili toplantı keçirərək, eyni addımı atmaq qərarına gəlib. 
Belə ki, Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən görüşdə nüvə sınaqlarına hazırlıq işlərinə başlama ehtimalına dair tapşırıq verib.
Rusiya liderinin sözlərinə görə, əgər Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin iştirakçı ölkələri sınaqları bərpa etmək qərarına gəlsələr, Moskva da cavab tədbirləri görmək məcburiyyətində qalacaq. 
Bununla belə, Kreml bəyan edib ki, Rusiya həmin müqavilədən çıxmağı planlaşdırmır.
Qeyd edək ki, bir müddət əvvəl Putin Rusiyanın nüvə başlığı daşımaq qabiliyyəti olan yeni “Burevestnik” raketlərini sınaqdan keçirdiyini dünyaya bəyan etdi. Ardınca Tramp da Pentaqona nüvə sınaqlarını bərpa etmək göstərişini verdi. Ona cavab olaraq Putin təcili toplantı keçirərək, eyni addımı atmağı tapşırıb. 
Prosesin bu müstəvidə cərəyan etməsi sanki 1962-ci ilin Karib böhranını xatırladır. Xatırladaq ki, həmin ildə SSRİ-nin ABŞ-a yaxın ərazidəki Kubada nüvə başlıqları yerləşdirməsi dünyanı az qala nüvə müharibəsi ilə üz-üzə qoymuşdu. Dünyanı fəlakətə sürükləyən bu böhran yalnız tərəflərin müəyyən güzəştlərə getməsindən sonra aradan qaldırıldı. 
Görəsən, mövcud vəziyyətdə Karib böhranı ssenarisi 60 il sonra yenidən təkrarlana bilər? 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirdi ki, Karib böhranı ehtimalının 60 ildən sonra yenidən təkrarlanması ehtimalına yaxınıq: 
“Böyük soyuq savaş eskalasiyasındayıq. Soyuq müharibənin ən ağır dönəmini yaşayırıq. İstər Rusiya, istərsə də ABŞ müharibədə təşəbbüsü əldə saxlamağa çalışır. Bu əsasda son vaxtlar müzakirə mövzusu dəyişir. 
 

Artıq nüvə sınaqları məsələsi ortaya atılıb. Bu məsələ ilk olaraq Moskva tərəfindən gündəmə gətirilib. Rusiya Qərbə böyük və əzəmətli nüvə ölkəsi olduğunu diqqətə çatdırmaqla öz niyyətində daha prinsipial və ciddi olduğunu göstərməyə çalışıb. Belədə nüvə müzakirəsi məsələsində demək olar kulminasiya nöqtəsinə çatmışıq. İndi bu söhbətlərin son nəticəsi olmalıdır”. 


“Karib böhranının daha ağır variantını yaşayırıq”.
Ekspertin fikrincə, məsələnin bu həddə çatmasının əsasında isə nüvə silahları fazasında kimin daha çox üstünlüyə malik olmasını müəyyənləşdirmək dayanır:
“Yəni burada söhbət nüvə silahı tətbiq olunarsa, qarşılığında həyata keçiriləcək preventiv tədbirlərdən gedir. Karib böhranın demək olar daha ağır variantını yaşayırıq ki, bu da dünyaya yaxşı heç nə vəd etmir. Bu ehtimalın praktik şəkildə baş tutub-tutmaması məsələsi iki üz-üzə duran dövlət arasında aparılan danışıqlardan, soyuq müharibədə yaşanan gərginliyin nəticəsinin necə olacağından asılı olacaq”.
Həmsöhbətimiz qeyd edir ki, nüvə silahının tətbiqi tərəflərin zəifliyinin göstəricisi olacaq:
“Ona görə də onlar məsələni nüvə silahının tətbiqinə qədər aparmamalıdır. Çünki bu dünyanın çöküşü olacaq. Bu səbəbdən düşünürəm ki, hər iki tərəfdən mütləq kimsə güzəştə gedəcək, kimsə münaqişənin o həddə çatmasına imkan verməyəcək. Dünya buna təpki göstərməlidir”.
Rüfət Sultan, Bizim.Media    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri