Icma.az
close
up
RU
ABŞ 200 il əvvəlki doktrinasına geri QAYIDIR Dünya tarixi dəyişikliyin ASTANASINDA

ABŞ 200 il əvvəlki doktrinasına geri QAYIDIR Dünya tarixi dəyişikliyin ASTANASINDA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Pentaqon ABŞ-ın yeni hərbi doktrinası üzərində işləyir. Mətbuata sızan məlumata görə, yeni doktrinada ABŞ dünya jandarmı iddialarından imtina edəcək, yalnız Şimali və Cənubi Amerikanı özünün həyati maraq zonaları sayacaq. Bu faktiki olaraq ABŞ-ın yenidən Monro doktrinasına qayıtması deməkdir
Qeyd edək ki, Tramp hakimiyyətə gələn kimi, Kanada və Qrenlandiyanın Amerikaya birləşdirilməsi məsələsini gündəmə gətirdi. Bundan başqa Panama kanalı üzərində nəzarəti yenidən ələ almaq üçün bu ölkəyə təzyiq etdi və nəticədə müəyyən dərəcədə öz istəyinə nail oldu. İndi də Tramp narkotrafiklə mübarizə adı ilə Venesuelaya da təzyiq etməyə çalışır.
Xatırladaq ki, Monro doktrinasının əsası 1823-cü ildə o zamankı prezident Ceyms Monro tərəfindən qoyulub. Bu dokrtina İspaniyanın Amerikadakı keçmiş müstəmləkələrində öz ağalığını yenidən bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. Ona əsasən ABŞ Avropaın daxili işlərinə qarışmayacağına təminat verir, əvəzində Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamağı tələb edilirdi. Yəni Vaşinqton həmin doktrina ilə “Amerika amerikalılar üçün” ideyasını ortaya atmaqla bu qitəni öz nəzarəti altına almağı nəzərdə tuturdu.
Beləliklə, görünən odur ki,  Tramp adminstrasiyası ABŞ xarici siyasət xəttini dəyişir. Bundan sonra Vaşinqtonun diqqət mərkəzində ancaq Amerika qitəsi olacaq.
Bu dünya siyasətini necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politooq Zərdüşt Əlizadə bildirir ki, ABŞ son zamanlar xeyli zəifləyib:
“Onun dövlət borcu əvvəlki tək böyük işlər həyata keçirməyə imkan vermir. Ona görə də əsas diqqətini yalnız Amerika qitəsinə yönəldəcəyi gözləniləndir. Amma onun bu qitədə uğur qazanacağı da şübhəlidir. Çünki Çin də sözügedən regionda möhkəmlənir. Digər tərəfdən, çətin ki, Kanada, Meksika və digər qitə ölkələri ABŞ-ın hegemonluğunu qəbul etsinlər. Nəticədə ABŞ öz siyasətini gerçəkliyə uyğunlaşdırmağa məcburdur”.
Bununla yanaşı, müsahibimiz ABŞ-ın digər bölgələrdən əl çəkəcəyini də düşünmür:
“ABŞ dünyanın bütün qitələrində ən çox və ən böyük hərbi bazalara malikdir. Bundan onlar çətin ki, imtina etsinlər”.
Politoloq qeyd edir ki Çin öz təsir dairələrini gücləndirməkdə davam edəcək:
“Hazırda dünyada Çin güclənir. O öz təsirini hərbi yolla deyil, iqtisadi, siyasi, texnoloji, elmi yollarla gücləndirir. Elmi patentlərin, ixtiraların sayına görə Çin artıq dünyada birincidir. Çin Asiya qitəsində, Afrikada, hətta Amerika qitəsində belə tədricən qüvvətlənir. Pekinin əsas dərdi Tayvan adasıdır ki, onu birləşdirmək üçün də Rusiya kimi müharibəyə əl atmayacaq. Bundan başqa, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya kimi güc mərkəzləri də var.
Postsovet məkanında isə həmsöhbətimizin fikrincə, 1956-cı ildən başlanan proses davam edəcək:
“Əvvəlcə SSRİ zəifləyərək, süquta uğradı.İndi də Rusiyanın anoloji tənəzzülü davam edir. Nəticədə Rusiya getdikcə zəifləyəcək. Ukraynada apardığı müharibə onun son səfeh addımıdır. Rusiya postsovet məkanında heç bir birlik yarada bilməyəcək, çünki nümunə olacaq dövlət deyil”.
Rüfət Sultan, Bizim.Media   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Sentyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri