620 yeni dövlət standartı qəbul edilib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 9 ayında Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib.
Ötən ilin eyni dövründə bu göstərici 221 olub.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlar Günü münasibətilə media nümayəndələri üçün təşkil olunan maarifləndirmə tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, standartlaşdırma məhsul və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində, istehlakçı hüquqlarının qorunmasında, eləcə də iqtisadiyyatın inkişafında mühüm rol oynayır.
İ.Həsənovun sözlərinə görə, standartların tətbiqi istehsal prosesində səmərəliliyin artırılmasına, məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə və xərclərin optimallaşdırılmasına şərait yaradır. Beynəlxalq standartlara uyğun istehsal olunan məhsulların ixrac potensialı da artır.
Agentlik rəsmisi qeyd edib ki, beynəlxalq standartlar müxtəlif ölkələrin texniki tələblərinin uyğunlaşdırılmasına, istehsalçılar üçün əlavə xərclərin və təkrar sınaqların azaldılmasına, məhsulların xarici bazarlara çıxışının asanlaşdırılmasına kömək edir. O, milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə keyfiyyət infrastrukturunun inkişafında yeni mərhələnin əsasını qoyub.
İ.Həsənovun sözlərinə görə, 2021-ci ildə 36 dövlət standartı qəbul edildiyi halda, 2025-ci ildə bu rəqəm 345-ə çatıb. Beləliklə, qəbul edilən standartların sayı dörd il ərzində 9,6 dəfə artıb. O əlavə edib ki, cari ilin ilk doqquz ayında qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.
Sədr müavini Azərbaycanın beynəlxalq standartlaşdırma təşkilatları ilə əməkdaşlığının genişləndiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edirlər. Azərbaycanın 2026-cı il yanvarın 1-dən Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) assosiativ üzvü olması da milli standartlaşdırma sisteminin beynəlxalq təcrübə və texniki biliklərə çıxış imkanlarını genişləndirir.
İ.Həsənov bildirib ki, növbəti mərhələdə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması və enerji səmərəliliyi kimi istiqamətlərdə standartların qəbul edilməsi və təşviqi nəzərdə tutulur. O, standartlaşdırma sahəsində ictimai məlumatlılığın artırılmasında medianın roluna da diqqət çəkib. Qeyd edib ki, bu sahədə beynəlxalq təcrübənin, yeniliklərin, uğurlu nümunələrin və statistik məlumatların ictimaiyyətə mütəmadi çatdırılması vacibdir.
Sədr müavini maarifləndirmə tədbirinin media nümayəndələrinin standartlaşdırma sahəsində məlumatlılığının artırılmasına və mövzunun mediada daha geniş işıqlandırılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















