Icma.az
close
up
RU
627 mənzil 1 dəqiqə necə satıldı? Saytın donması və internetin sürəti narazılıq doğurdu

627 mənzil 1 dəqiqə necə satıldı? Saytın donması və internetin sürəti narazılıq doğurdu

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu gün MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) növbəti güzəştli mənzil satışı baş tutub və satış ənənəvi olaraq bu dəfə də narazılığa səbəb olub. Satışa çıxarılan ümumilikdə 627 mənzilin hamısı 1 dəqiqə içərisində satılıb.

Bakupost.az xəbər verir ki, bu barədə texniki məsələlər üzrə mütəxəssis Fərid Pərdəşünas da yazıb. O da bildirib ki, satışlar 1 dəqiqəyə başa çatıb və bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildirib:
“MİDA satışları 1 dəqiqədə başa çatdı. İstifadəçilərdən soruşulan sual bu günün tarixi və doğum tarixi oldu.
Bir çox istifadəçilər texniki problemlər yarandığını qeyd edir”.
Ekspert bildirib ki, MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər: “Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb.
Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər”.
F.Pərdəşünasın sözlərinə görə, bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır: “Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.
Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir.
Sosial şəbəkələrdə MİDA mənzillərinin satışı zamanı çoxsaylı problemləri sadalayıb.
Hümmət qaşım adlı sosial şəbəkə istifadəçisi MİDA-nın keçirdiyi satış prosesində problem yaşadım və bunun səbəbi barədə hələ də aydınlıq yoxdur: “Satışa təxminən 1 dəqiqə qalmış internet bağlantım qəfil kəsildi. Dərhal provayderim (CityNet) ilə əlaqə saxladım və texniki baxış aparıldığını bildirdilər. İnternet yalnız təxminən 10 dəqiqə sonra bərpa olundu. Bu vəziyyətdə konkret olaraq hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirmək çətindir, çünki istifadəçi əvvəlcədən texniki baxış haqqında məlumatlandırılmamışdı.
Adətən provayderlər planlı texniki işlər zamanı abonentləri əvvəlcədən xəbərdar edir. Bu dəfə belə bir bildirişin olmaması və həmin anın təsadüfən məhz satış vaxtına düşməsi şübhə yaradır. Eyni zamanda, call-center əməkdaşlarının da bu halda real müdaxilə imkanı yoxdur.
Digər istifadəçilərin şikayətlərini araşdırdıqda görmək olur ki, bu, tək bir istifadəçinin deyil, ümumi sistemlə bağlı daha geniş problem təsiri bağışlayır. Satış kimi həyati əhəmiyyətli — insanların mənzil əldə etmək şansını birbaşa müəyyən edən — bir prosesdə belə texniki risklərin minimuma endirilməsi vacibdir.
Bundan əlavə, sistemdə avtomatlaşdırılmış klik alətlərinə (auto-clicker) qarşı real təhlükəsizlik tədbirlərinin olmadığı da görünür. Əslində belə alətlər çox ciddi üstünlük yaradır və satış prosesində ədalətliliyi pozur. Bu kimi vasitələri aşkar edib bloklayan mexanizmlər (məsələn, davranış analizi, klik sürətinə nəzarət, bot-trafik filtrasiyası və s.) müasir sistemlərdə standartdır. Lakin görünən odur ki, bu sahədə heç bir qorunma tədbiri tətbiq edilməyib.
Qısacası, bu problemlər həm sistemin texniki etibarlılığına, həm də satış prosesinin şəffaflığına dair ciddi suallar yaradır”.
Prosesdə iştirak edən Könül Əliyevanın sözlərinə görə, ilk saniyələrdən mövcud mənzilin olmadığı göstərilib:
“Sistem donmadı, internet güclü idi. Bəs hansı saniyədə satıldı ki? İlk saniyədə daxil olmuşuq, ancaq mənzil artıq mövcud deyildi”.
Elvin Abbaszadə isə bildirib ki, MİDA-dan bu yolla ev almaq mümkün deyil:
“3 il sınadım, ən müasir kompüterlə, ən güclü internetlə, amma gördüm ki, ortada xarab olan mənim əsəblərimdir”.
Fərid Balayev də prosesin saxta olduğunu bildirib:
“Heç bir texniki problem olmadı. 7-9 saniyədə hamısını etdim, amma ev çıxamdı. 1 saniyə sonra sistem çökdü. Göz görə-görə müdaxilə və fırıldaqdır bu”.
Süsən Məmmədova isə illərdir cəhd edib ev ala bilməyənlərdəndir: “8 ildir eyni vəziyyət təkrarlanır”.
Xatırladaq ki, MİDA-nın mənzilləri hər dəfə satışa çıxarılanda eyni problem və narazılıq yaşanır.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri