Icma.az
close
up
RU
63 yaşlı ananın dərdi alıb canımızı...

63 yaşlı ananın dərdi alıb canımızı...

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 63 yaşlı qadının 38 illik övlad həsrətindən sonra ilk dəfə ana olması 2 gündür sosial şəbəkələrin gündəmindən düşmür. Cəmiyyət olaraq nəyi inkişaf etdirməsək də, sosial qınağı, ictimai linç kampaniyasını çox yüksək səviyyədə inkişaf etdirmişik. Geyimi qınayırıq, yay aylarında şortla gəzmək ölkəmizin qlobal probleminə çevrilib. Seçimləri – evlənərkən kiminlə ailə qurmağı, boşanarkən niyə ailəni dağıtmağı, yaxud bütün bu problemlərlə qarşılaşmamaq üçün evlənməmək istəyənləri qınayırıq. Az övlad sahibi olmağı, yaxud əksinə, niyə “bu qədər uşaq dünyaya” gətirməyi... – Cəmiyyət olaraq hər şey üçün fikrimiz var. İndi də düşmüşük 38 il sonra gözünə işıq olan körpəsini qucağına alan 63 yaşlı qadının üstünə... Valideynlər kəskin şəkildə qınanılır və hadisə “məsuliyyətsizlik” olaraq qəbul edilir.

Uşaq keysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlib. Həkimlər hər şeyin qaydasında olduğunu bildirirlər. Amma bizim canımızı dərd alıb. Çünki o uşaq məktəbə gedəndə ananın 70 yaşı olacaq. O vaxta ana sağ qalacaqmı?

Heç kim fikirləşmir ki, sabaha bir kimsənin yaşam zəmanəti yoxdur. Kimin Allahla ömür sazişi var? Bütün medianın az qala hər gün manşetində olan 17 yaşlı Zəhranın ölümünü deyəsən unutduq. Şəhidin 33 yaşlı xanım da qayınatası tərəfindən öldürülmüşdü, 2 balası yetim qaldı. Hər gün eşitdiyimiz ölüm xəbərləri, yol qəzaları, məişət zəminində yaranan faciələr, amansız xəstəliklər... - əcəl gələrkən heç kimin yaşını sorğulamır.

Bəlkə də bu uşaq 38 ilin həsrətinin, səbrinin nəticəsidir deyə ən sağlam ailədə böyüyəcək? Bəlkə 10 il olacaq valideynləri ilə, amma beyninin fundamenti o qədər sağlam qoyulacaq ki, analı-atalı “qocalan”lardan daha yararlı bir vətəndaş olacaq? Bəlkə o ana 25 yaşında ana olan gənc analardan daha səbrli, daha təmkinli böyüdəcək balasını?

60 yaşdan yuxarı insanların körpəyə qulluğunu sorğulayanlar nənə-baba üstünə atdığı uşaqlarını unudublar deyəsən.

Digər bir kütlə isə həmin uşağın məktəbdə öz valideynlərindən “yaşına görə” utanmasını əsas gətirirlər. Nə böyük, türklər demiş, “xəyal qırıqlığı”... Təsəvvür edin, həyatınızı, şirin canınızı heçə alın, yüksək risklər sizin balanızı qucağınıza almaq arzunuzun üstünə su səpə bilməsin, amma o bala böyüyüb deyir, “mən səndən utanıram, sən yaşlısan”... Əslində balaları bu cür düşündürən də cəmiyyətdir. Çünki cəmiyyət o uşağa həyata atılan kimi ilk olaraq qınamağı öyrədir. Ən təbii şeylərdən utanmağı aşılayıb, süniliklərin qucağına atır. Qınanılası, utanılası məsələlər qalıb kənarda, görün nələrdən narahatıq, nələrdən utanırıq. Arsızlıqdan, abırsızlıqdan, bu gün cəmiyyət olaraq gəldiyimiz yerdən utanmırıq. Amma 70 yaşlı anamız olduğu üçün “utanmalıyıq...”

Ümid edirəm, o ana sosial şəbəkələrdə yoxdur, haqqında yazılanları görmür və sevincini bölüşməyənlərin cılızlığından xəbərsizdir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Avqust 2026 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri