İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri elan edilib.
525.az-a nazirlikdən bildirilib ki, müsabiqə incəsənət təhsili sahəsində insan resurslarının inkişaf etdirilməsi, məktəb və mərkəzlərin kadr potensialının gücləndirilməsi və vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunması məqsədilə keçirilib.
İşə qəbul prosesində şəffaflığın təmin edilməsi və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.
Namizədlər vakant yer seçiminin nəticələri ilə MyCulture vahid şəxsi kabinetində tanış ola bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 26 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















