64 kilometrlik nəhəng tuneldə tarixi an yaşandı
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alp dağlarının altında inşa edilən "Brenner Bazis" tuneli layihəsində mühüm mərhələ uğurla tamamlanıb.
Milli.Az xəbər verir ki, Avstriya ilə İtaliyanı birləşdirəcək nəhəng dəmir yolu tunelində sərhəd xətti boyunca aparılan qazıntılar zamanı iki əsas qalereyanı ayıran son qaya layı da sökülərək yeraltı keçid tam birləşdirilib.
"Marca" nəşrinin yaydığı məlumata görə, ümumi dəyəri 10,5 milyard avro olan layihə başa çatdıqdan sonra 64 kilometrlik marşrut dünyanın ən uzun yeraltı dəmir yolu tunellərindən biri olacaq. Tunelin 2032-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
İyulun 28-də həyata keçirilən əməliyyat zamanı hidravlik çəkiclərlə təchiz olunmuş ekskavatorlar təxminən bir saat ərzində tunelin şərq və qərb hissələrini ayıran son qaya qatını dağıdıblar. Bununla da iki ölkədən çalışan mühəndis və fəhlələr ilk dəfə yeraltında bir araya gələrək layihənin əlamətdar mərhələsini qeyd ediblər.
Yeni tunel istifadəyə verildikdən sonra Avstriya ilə İtaliya arasında yüksək sürətli qatarların hərəkəti əhəmiyyətli dərəcədə sürətlənəcək. Bəzi istiqamətlər üzrə səyahət vaxtının 25 dəqiqəyədək azalacağı gözlənilir.
Mütəxəssislərin fikrincə, "Brenner Bazis" tuneli təkcə sərnişin daşımalarını deyil, həm də yük nəqliyyatını sürətləndirərək Avropanın nəqliyyat infrastrukturunun əsas layihələrindən birinə çevriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 31 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















