6,5 milyon dollarlıq fırıldaqçılığa görə 2,5 il həbs cəzası aldı
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məşhur aktyor Leonardo DiKaprionun keçmiş incəsənət məsləhətçisi Liza Şiff 6,5 milyon dollarlıq fırıldaqçılıq işi üzrə 30 ay həbs cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məhkəmədə Şiff tam şəkildə günahını etiraf edərək, müştərilərini şəxsi "lüks həyatı" naminə aldatdığını bildirib.
"Mən günahkaram və cəzamı çəkməyə hazıram. Qorxuram, amma buna hazır olduğumu deyə bilərəm", deyə o ifadəsində qeyd edib.
Hakim hökmü elan edərkən Şiffin cinayətlərini "olduqca cəsarətli fırıldaqçılıq" adlandırıb. O, dələduzluğun təxminən beş il davam etdiyini və ondan çox müştərinin zərər çəkdiyini vurğulayıb.
Bundan əlavə, Şiff iki il şərti azadlıqda nəzarətdə qalacaq və 6,5 milyon dollar həcmində müsadirə ödənişi ilə yanaşı, 9 milyon dollardan çox təzminat ödəməli olacaq.
Ötən ilin oktyabrında Şiff özünün "Schiff Fine Art" incəsənət konsaltinq şirkətinin müştərilərini aldatdığını təsdiqləmişdi. O, onlara məxsus 55 sənət əsərini sataraq əldə olunan vəsaiti şəxsi məqsədlərinə xərcləyib. İstintaq müəyyən edib ki, o, bu pullarla aylıq 25 min dollara mənzil kirayələyib, biznes üçün 2 milyon dollarlıq obyekt tutub və Avropaya "möhtəşəm səyahətlər" edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 20 Mart 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















