Gürcüstanın sabiq müdafiə nazirinə 2,5 il həbs cəzası verildi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məhkəmə Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanı ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair açıq çağırışlara görə 2,5 il müddətinə azadlıqdan məhrum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Interpressnews" nəşri məlumat yayıb.
Bu ittiham üzrə maksimum həbs cəzası 3 ildir. Keçmiş siyasətçi məhkəmə qərarının elan edilməsində iştirak etməyib.
B.Axalaya 2025-ci ilin dekabrının sonlarında həmin ilin oktyabrında ölkə Prezidentinin administrasiyasına hücum işi üzrə saxlanılıb. O özü həmin etiraz aksiyasında iştirak etməyib, lakin Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin iddiasına görə, "basqının təşkilatçıları ilə telefonla sıx ünsiyyətdə olub" və onların hərəkətlərini əlaqələndirib.
Fevralın 16-da bu iş üzrə keçirilən iclas zamanı B.Axalaya bildirib ki, Gürcüstanda hakim "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişvili və onun hakimiyyəti devrilməlidir. Bundan sonra ona qarşı hakimiyyəti devirməyə çağırışlar etmək ittihamı irəli sürülüb. Vəkillər israr edirdilər ki, B.İvanişvili heç bir rəsmi vəzifə tutmadığı üçün bu sözlər hakimiyyəti devirməyə və ya konstitusiya quruluşunu dəyişdirməyə çağırış kimi qiymətləndirilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 İyul 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















