Icma.az
close
up
RU
65 yaşlı İlham İsmayılova YUBİLEY TƏBRİKİ!

65 yaşlı İlham İsmayılova YUBİLEY TƏBRİKİ!

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, "Birlik" jurnalının təsisçisi, Türk dünyasının sevilən, sayılan simalarından biri, türkçülük ideologiyasının həyata keçirilməsində xüsusi xidmətləri olan dəyərli ziyalı İham İsmayılovun 65 yaşı tamam olur. 
İlham İsmayılov Türk xalqları və onların diaspora təşkilatları arasında əlaqələrin yaranmasında, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təbliğ olunmasında böyük əməyi olan, Türk dünyasının birliyi, həmrəyliyi uğrunda, Türk milli mübarizəsində cəsarətli addımlar atmış Vətən fədaisidir. 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında artıq 20 ilə yaxındir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasi kursuna uyğun olaraq, onlarla yerli və beynəlxalq layihələr həyata keçirmişdir.
ATXƏM Azərbaycan və Türkiyə həqiqətlərinin Türkdilli ölkələrlə, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan, Türkiyə və digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq şəraitində dünya ictimaiyyətinə çatdırılmasına çalışmışdır. 
Dağlıq Qarabağ problemlərinin, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların, "20 Yanvar" hadisələrinin dünya ictimayyətinə çatdırılması ATXƏM-in əsas prioritet istiqamətlərindən biri olmuşdur. 
ATXƏM-in geniş ictimaiyyət qarşısında təsis təqdimatından sonra ilk layihəsi Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun  Bakıya səfəri zamanı ATXƏM-in ofisinin açılışını etməsi, təşkilatımızın 1 saylı üzvlük vəsiqəsinin ona təqdim olunması, məşhur yazıçının 80 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirilməsini təşkil etməsi olmuşdur. 
İlham İsmayılovun rəhbərliyi altında ATXƏM uzun illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya Ədalət!" kampaniyasına qoşularaq, Xocalı soyqırımı ilə bağlı Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirmişdir. Belə ki, Avropanın siyasi mərkəzlərindən olan Strasburq, Brüssel, Haaqa şəhərlərində yürüş-mitinqlər təşkil etmiş, foto-sərgilər, konfranslar keçirmişdir. Avropa Parlamentinin, Avropa Şurasının, Avropa Komissiyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin önündə geniş miqyasda aksiyalar keçirməklə bütün dünyanın diqqətini Xocalı soyqırımına və Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın beynəlxalq hüquq normaları çərçivəsində təbii yaşam haqqlarının təmin olunmasına yönəltməyə çalışmışdır.
Həmçinin, Macarıstan-Turan Vakfı tərəfindən təşkil olunmuş Turan qurultaylarında Azərbaycan nümayəndə heyətinin iştirak etməsində dəstək göstərmişdir. 
Bu layihələrin həyata keçirilməsində bizə verdikləri dəstəyə görə Azərbaycanın Respublikası Prezident Administrasiyasına, Azərbaycanın Respublikası QHT-lərin İnkişafına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Milli QHT Forumuna, Azərbaycan Mətbuat Şurasına və bizimlə əməkdaşlıq edən dövlət və hökumət qurumlarının səlahiyyətli şəxslərinə, millət vəkillərinə, elm və mədəniyyət xadimlərinə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, ziyalılarımıza və media qurumlarına təşəkkürümüzü bildiririk. 
Eyni zamanda bu layihələrin reallaşmasında ATXƏM-lə birgə olan başda Sinan Oğan olmaqla, TÜRKSAM təşkilatına, "Eko-Avrasiya"nın ("Avrasiya İqtisadi Əlaqələr" İB-nin) Sədri Hikmət Ərənə, başda Səfər Karakoyunlu olmaqla İSTAD təşkilatına, başda Əli Özdəm olmaqla "Türk Qastroenteroloji Vakfı" na, Avropada fəaliyyət göstərən Türk Ailələri Federasiyasının Başkanı Namiq Şahinbeyə, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincəyə, Strasburq Türk Ailələr Dərnəyinin Sədri Nacı Olcaya, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına, Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımova, Belinüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədova, Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtiyə, Belçika Gent Türk Ocaqlarının sədri Recep Tuncer Sarıya, Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməzə, Macar Turan Fondunun sədri Andras Biroya, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyeva, Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının rəhbəri, professor Fərhad Turanlıya və digər dostlarımıza  təşəkkürümüzü bildiririk. 
Beynəlxalq layihələrlə yanaşı, ATXƏM fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış şəxsiyyətləri barədə, Azərbaycanın tarixi haqqında həqiqətlərin təbliği ilə bağlı layihələr həyata keçirmişdir. O cümlədən, Ulu Öndər Heydər Əliyevin yubileylərində "Türk Dünyası və Heydər Əliyev" mövzusu ilə, Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik-daşnak quldur birləşmələrindən azad etməsi ilə, "Əlibəy Hüseynzadə və Türk dünyası" mövzuları ilə, Türk dünyasında geniş qeyd olunan 3 May Beynəlxalq Türkçülük Günü ilə bağlı, 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev haqqında yazı müsabiqələri təşkil etmiş, filmlər çəkdirmiş və bir çox jurnalistləri, ictimai təşkilat rəhbərlərini mukafatlandırmışdır. 
Fransa Parlamentində əsassız erməni soyqırımını tanımayanlara qarşı qərar qəbul edildikdən sonra ATXƏM Fransanın Azərbaycandakı Səfirliyi önündə və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması üçün İranın Azərbaycandakı Səfirliyi qarşisinda etiraz mitinqlərinin əsas təşkilatçılarından olmuşdur.
ATXƏM Moldova Ombudsmanı Aueriliya Qriqoriunun Ermənistan Parlamentində erməniləri ifşa edən çəsarətli çixişından sonra, onun ölkəmizə dəvət olunaraq ictimaiyyətlə və mətbuat qurumları ilə geniş görüşlərini təşkil etmişdir. 
ATXƏM Bakı şəhərində və bölgələrdə milli bayramlarımızda geniş ictimaiyyət qarşısında ölkəmizin tanınmış sənət ustalarının iştirakı ilə bir çox mədəni-kütləvi tədbirlər, konsertlər təşkil etmişdir. 
ATXƏM və "Türk Qastroenteroloji Vakfı"nın birgə təşkilatçılığı ilə Bakı şəhərində, Gəncədə, Naxçıvanda, Xocavənddə, Qubada Beynəlxalq Tibb və Tarix Konfransları keçirilmişdir. 
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu ilin mart ayında ATXƏM İraq və Suriya türkmənlərinin tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumunun uğurla həyata keçirilməsində layihə rəhbəri kimi fəal iştirak etmişdir. 
Həmçinin, ATXƏM ölkəmizdə gənc nəsil arasında idmanın inkişafı ilə bağlı bir sıra layihələrə öz imzasını atmışdır, yarışlar təşkil etmişdir. 
İlham İsmayılov geniş və hərtərəfli fəaliyyətinə görə müxtəlif zamanlarda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü seçilmişdir.
Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətinin inkişafında və diaspora fəaliyyətində göstərdiyi xidmətlərinə görə cənab Prezidentimiz tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 
İlham İsmayılov fəal ictimayyətçi və təşkilat rəhbəri olmaqla yanaşı, eyni zamanda uzun illərdir ki, Azərbaycan və Türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən “Birlik” jurnalının təsisçisidir. 
İlham İsmayılova göstərdiyi bütün bu xidmətlərinə görə bir daha təşəkkür edir, can sağlığı, vətəndaş cəmiyyətinin inkişafı, çoxsahəli və məhsuldar fəaliyyətində uğurlar arzu edirik!















Hörmətlə,
Demokrat.az-ın redaksiya heyəti
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri