Icma.az
close
up
RU
Qeyri səlis yubiley təbriki

Qeyri səlis yubiley təbriki

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

BDU-nin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının dosenti Nəzakət Məmmədovanın ad gününə bir az riyazi, bir az yumorla

Əziz Nəzakət xanım,

İnsanın yaşındakı iki rəqəm eyni vaxtda dəyişirsə, bu, riyazi mənada tam onluq bir mərhələ, həyat yolunda isə əlamətdar bir yubiley deməkdir.

Bu hadisə təbiətin, zamanın və insan həyatının harmonik təsadüfüdür, sanki həyatın öz riyaziyyatıdır.

Həyatını riyaziyyata, onun tədrisinə, elmi araşdırmalara və yeni nəslin formalaşmasına həsr etmiş zərif və incə bir qadın, fədakar ana üçün yubiley əslində ömrün baharı, zəhmət və zəkanın bayramıdır.

Yubiley geridə qalmış illərin cəmi, toplanan təcrübənin inteqralı, zəhmətin limiti, bəlkə də həyat funksiyasının infleksiya nöqtəsidir. Bu infleksiya nöqtəsindən sonra qarşıda uzanan çoxlu sabit artım intervalları var hələ.

Doğum günü riyaziyyatçılar üçün başlanğıc nöqtəsidir –

Həyat funksiyasının x = 0 nöqtəsindən başlandığı andır.

Hər doğum günü başlanğıca qayıdış və funksiyanı yeni dəyərlərlə, yeni limitlərlə yenidən inteqrasiya etmək cəhdidir.


Yaşınızdakı rəqəmlər sadəcə ədədlər deyillər, onlar yadda qalan teoremlər kimidir – hər biri isbat edilmiş, nəticələri ilə formalaşmış bir ömrün mərhələsi kimidirlər;

Hər bir yaş – bir fəsil, bir nəticə, bəzən parlaq bir kəşf, bəzən də səbirli bir axtarışın zirvəsidir.

Əziz Nəzakət müəllimə,

Təqvimdə “doğum günü” adlanan bu nöqtədə Sizə qeyri-səlis dəqiqliklə mutluluqlar arzulayıram. Əgər mutluluq bir çoxluq olsaydı, nüvəsində Siz dayandığınız üçün onun maksimum üzvlük funksiyası Sizə aid olardı. Əgər istedad qeyri-səlis məntiqə əsaslansaydı, o zaman Sizin üzvlük funksiyanız yəqin ki, μ(x) = 1 olardı. Çünki həyatda da musiqidə olduğu kimi hər şey “0 və ya 1” olmur. Harmoniya aralıq dəyərlərdə, keçid notlarında, mikrotonal titrəyişlərdə doğulur. Siz bu aralıq halları yalnız anlayan deyil, həm də onları gözəlliyə çevirən insansınız.

Gözəllik, zəka, elmi dəqiqlik və musiqi duyumu arasında harmoniya qurmaq hər kəsin bacaracağı iş deyil. Riyaziyyatın sərt məntiqi ilə musiqinin incə melodiyalarını birləşdirən, minlərlə tələbənin sevimli müəllimi və ruhlandırıcısı olaraq Siz bu nadir vəhdəti həyata keçirmisiniz. Piano klaviaturası üzərindəki barmaqlarınız kimi fikirləriniz də kiçik qeyri-səlisliklərdən gözəlliklər yaradır.

Riyaziyyatda sərhədsiz dəqiqliyə can atmaq gözəldir. Amma ən önəmli olanı o dəqiqliyin içində insanı, hissi, incəliyi unutmamaqdır. Bunu bacarırsınız, düşüncələriniz təkcə məntiqin deyil, həm də qəlbin ritmi ilə danışır.

Puankare hipotezi kimi riyaziyyatın fəlsəfi dərinliyi ilə məşğul olmaq təkcə riyazi cəsarət deyil, həm də düşüncə azadlığının, intellektual səbrin göstəricisidir. Bu, sadəcə elmi maraq deyil, düşüncə sərhədlərinin fəthi, intellektual cəsarətin sübutudur. Arada ehtimal ki, həyat əyriniz təkcə real müstəvidən qaçıb çoxölçülü, fərqli topologiyalarda da davam edir...

Xoşunuza gələnlər başınıza, başınıza gələnlər xoşunuza gəlsin!

Sizə, ailənizə, sevdiklərinizə düşərli olsun bu yaşınız!

Yubileyiniz mübarək olsun!

Riyazi dəqiqlik və qeyri-səlis dərinliklə təbrik edirəm!

Qeyri-səlis, lakin sonsuz ehtiramla,

İbrahim Nəbioğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri