6G ni dəstəkləyən telefonlar bu tarixdə istifadədə olacaq
Icma.az bildirir, Milli.az portalına istinadən.
Amerikanın "Qualcomm" şirkəti yeni nəsil mobil rabitənin inkişafı üçün vaxt cədvəlini açıqlayıb. Baş direktor Kriştianu Amon "Snapdragon Summit 2025"də 6G-ni dəstəkləyən ilkin cihazların 2028-ci ildə istifadədə ola biləcəyini bəyan edib.
Milli.Az xəbər verir ki, yeni texnologiya məlumatların yükləmə sürətinin artırılması ilə məhdudlaşmır.
Amonun sözlərinə görə, 6G sensor məlumatlarının qavranması və emal edilməsi üçün intellektə malik bir şəbəkə olacaq, eləcə də, bulud sistemləri ilə kənar cihazlar arasında əlaqə kimi dizayn ediləcək. Smartfonlar istifadəçinin ətrafında baş verənləri təhlil etmək və ona reaksiya vermək qabiliyyətinə malik infrastrukturun bir hissəsinə çevriləcək.
6G standartı rabitə və sensor texnologiyalarının funksiyalarını birləşdirəcək. Telefonlardan və mobil rabitə qüllələrindən gələn siqnallar ətraf ərazinin xəritələrinin yaradılması üçün radar kimi istifadə oluna biləcək. Bu, bağlı yerlərdə dəqiq naviqasiya, jestlərin tanınması və şəhər infrastrukturunun təkmilləşdirilməsi üçün imkanlar yaradacaq. /"Qafqazinfo"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Oktyabr 2025 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















