Icma.az
close
up
RU
7 avqustdan sonra hər şey dəyişəcək Dünya Trampın bu qərarından DANIŞIR

7 avqustdan sonra hər şey dəyişəcək Dünya Trampın bu qərarından DANIŞIR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni tarif qərarı 7 avqust gecədən etibarən qüvvəyə minəcək.

Qərar 70-ə yaxın ölkəni əhatə edir və ABŞ Gömrük və Sərhəd Xidmətinə dəyişiklikləri tətbiq etmək üçün bir həftəlik texniki hazırlıq müddəti verilib. Yeni rejimə əsasən, ABŞ-a daxil olan məhsullara tətbiq ediləcək minimal tarif 10% təşkil edəcək. Ən yüksək tarif isə 41 faizlə Suriya üçün nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, Trampın tariflərə dair sərəncamı bazarlarda ani reaksiya doğurub.

ABŞ dolları möhkəmlənib, neft qiymətləri artıb, Asiya birjaları isə itkilərlə bağlanıb. CNN yazır ki, yeni sistemdə ölkələr üç əsas qrupa bölünüb. Belə ki, ABŞ-ın ixracının idxalı üstələdiyi ölkələrə 10%-lik baza tarifi, kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15%-lik tarif, ticarət sazişi olmayan və ya ciddi kəsir yaranan ölkələrə isə daha yüksək tariflər tətbiq olunacaq.

Açıqlanan siyahıda Rusiya yer almayıb. Maliyyə naziri Skott Bessentin sözlərinə görə, ABŞ-ın Rusiya ilə rəsmi ticarət əlaqələri olmadığı üçün bu ölkəyə tarif tətbiq olunmur. Kanada isə gözlənilən 25% əvəzinə 35%-lik tariflə qarşılaşıb, amma bu addım Kanadanın valyutasına ciddi təsir etməyib.

Ekspertlər deyir ki, Avropadan idxal edilən dərman preparatlarının qiymətinin artacağı gözlənilir. Cənubi Koreya isə Tramp administrasiyası ilə razılaşaraq əvvəl planlaşdırılan 25% yerinə 15%-lik tarif əldə edib. Bu tarif həm də Cənubi Koreya avtomobillərinə şamil ediləcək. "Hyundai Motor" isə cavab olaraq ABŞ-da 21 milyard dollarlıq sərmayə yatıracağını və Corciya, Alabama və Luizianada istehsal güclərini artıracağını açıqlayıb.

Yeni dünya ticarəti

"Reuters"in analitikləri qeyd edirlər ki, Trampın bu addımı "yeni qlobal ticarət rejiminin başlanğıcı" ola bilər. Hərçənd ki, tariflərin siyahısı və rəqəmləri açıqlansa da, onların arxasında yatan məntiqin qeyri-şəffaf qalması vurğulanır.

Agentlik qeyd edir ki, bu siyasət Tramp administrasiyası üçün siyasi cəhətdən qələbə sayıla bilər, lakin ekonomik baxımdan ciddi nəticələr doğuracaq. Bura qiymət artımı (inflyasiya), tədarük zəncirlərinin pozulması, ixracat və idxalat balanslarının dəyişməsi və qlobal iqtisadi artımın ləngiməsi daxildir.

Ekspertlərin fikrincə, Trampın bu addımı yalnız Birləşmiş Ştatlar üçün deyil, bütün dünya üçün yeni iqtisadi mərhələnin başlanğıcı ola bilər. Tariflər vasitəsilə ticarət tərəfdaşlarına təzyiq göstərmək siyasəti əvvəlki dövrlərdə də sınaqdan çıxıb, lakin bu dəfə daha təşkilatlanmış və miqyasca böyük paket tətbiq edilir.

İstər Avropa dərmanları, istərsə də Asiya texnologiyaları üçün bu qərarlar qiymət artımı, bazar daralması və iqtisadi strategiyaların yenilənməsi deməkdir...

Modern Araşdırma və Təhlil Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri