ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 10 noyabr, AZƏRTAC
ABŞ Senatı Prezident Donald Trampın icra və məhkəmə hakimiyyətində müxtəlif vəzifələrə irəli sürdüyü 161 namizədin təyinatını hələ də təsdiqləməyib. Onların arasında 25 federal hakim də var.
AZƏRTAC xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp 161 namizədin, o cümlədən 25 federal hakimin Senat tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayıb.
ABŞ-də prezident administrasiyada və federal məhkəmələrdə müxtəlif vəzifələrə namizədləri Senata təqdim edir. Namizədlər əvvəlcə müvafiq komitələrdə dinlənilir, daha sonra onların təyinatı ilə bağlı Senatda səsvermə keçirilir.
Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar qalib gəliblər. Növbəti, 120-ci Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Yeni tərkibdə demokratların hər iki palatada çoxluq əldə etməsi Trampın namizədlərinin təsdiqlənməsini çətinləşdirə bilər.
Baxış sayı:67
Bu xəbər 10 Noyabr 2026 06:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















