7 ay davam edən qış: Norveçlilər qənaətlə isinmənin sirrini bilir
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveç kimi ilin böyük hissəsində şaxtalı havaların hökm sürdüyü ölkələrdə enerji xərcləri ciddi problem yaradır. Lakin norveçlilər bahalı sistemlər yerinə sadə, lakin ağıllı üsul tapıblar: evi qızdırmaq yox, istiliyi qorumaq.
Sherg.az xəbər verir ki, bu yanaşma sayəsində həm enerji sərfiyyatı azalır, həm də evlər təbii istiliyini uzun müddət saxlayır.
Norveçlilərə görə, əsas məsələ daha çox yanacaq yandırmaq deyil, istinin qaçmasının qarşısını almaqdır. Yeni tikilən evlərdə soyuğun içəri girməməsi əsas prinsip sayılır. Betonun altına və yan divarlara yerləşdirilən XPS panellər torpağın soyuq təsirini kəsir, su keçirmədiyi üçün illərlə effektivliyini qoruyur. Beləcə, zəmin daim neytral istilikdə qalır və insanlar çılpaq ayaqla belə üşümür.
Parket altına əlavə edilən yansıdıcı folyo otaqdakı istiliyi geri əks etdirir, günəşdən gələn istilik də itmir. Nəticədə ev daha uzun müddət eyni temperaturda qalır.
Norveçdə həmçinin geniş səthli radiatorlar istifadə olunur. Bu sistemdə suyun çox qızdırılmasına ehtiyac qalmır. Məsələn, 75 dərəcə yerinə 45 dərəcə su temperaturu eyni nəticəni verir. Bu da enerji qənaətini artırır, faturaları azaldır.
Mütəxəssislər bu yanaşmanı “passiv isinmə” adlandırır: ev özü istiliyini qoruyur, kombi daha az işləyir, otaqlar bərabər temperaturda qalır. Nəticə etibarilə həm təbiət qorunur, həm də ailə büdcəsi yüngülləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Oktyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















