Icma.az
close
up
RU
Yeddi ay qış yaşayan norveçlilər evlərini belə qızdırırlar 30 dərəcədə də istilik qorunur

Yeddi ay qış yaşayan norveçlilər evlərini belə qızdırırlar 30 dərəcədə də istilik qorunur

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Norveçdə sərt və uzun qış şəraitinə uyğunlaşan tikinti texnologiyaları evlərdə istiliyin qorunmasına və enerji sərfiyyatının azalmasına imkan verir.

Banco.az xəbər verir ki, ölkədə xüsusilə soyuq iqlim şəraitində binaların xarici üzlüyündə sobada qurudulmuş və termal emaldan keçirilmiş taxta panellərdən geniş istifadə olunur.

“ThermoWood” kimi tanınan termal işlənmiş ağac xüsusi sobalarda 160-215 dərəcə Selsi temperaturda emal edilir. Proses zamanı ağacın nəmliyi azaldılır və liflərin kimyəvi quruluşu dəyişdirilir. Bunun nəticəsində material daha dayanıqlı olur, genişlənmə və büzülmə riski azalır.

Termal emal edilmiş ağacın nəm udma qabiliyyətinin aşağı olması onu çürümə, kif, zərərvericilər və kəskin temperatur dəyişikliklərinə qarşı daha davamlı edir. Material -30 dərəcəyə qədər temperaturda öz xüsusiyyətlərini qoruyur.

Bu cür taxta fasadların digər üstünlüyü isə istilik keçiriciliyinin aşağı olmasıdır. Beləliklə, qış aylarında evin daxilində istiliyin saxlanmasına, yayda isə məkanların həddindən artıq qızmasının qarşısının alınmasına kömək edir. Taxta üzlük həmçinin xarici səs-küyün azalmasına və səs izolyasiyasının yaxşılaşmasına töhfə verir.

Norveçdə bu sistem adətən yalnız taxta üzlüklə məhdudlaşmır. Havalandırılan taxta fasadın arxasında divar konstruksiyasının daxilinə şüşə yun və ya daş yun kimi qalın istilik izolyasiya materialları yerləşdirilir.

Sistemin tərkibinə nəm və küləkdən qoruyan xüsusi baryer təbəqələri də əlavə olunur. Beləliklə, taxta fasad, istilik izolyasiyası və qoruyucu qatların birlikdə istifadəsi ən sərt qış şəraitində belə evlərdə istiliyin qorunmasına və enerji itkisinin minimuma endirilməsinə imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri