Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

7 aya iki hadisə çox oldu FTX 24 il əvvəl öldürülən Yunisin təəssübünü çəkməyib

7 aya iki hadisə çox oldu FTX 24 il əvvəl öldürülən Yunisin təəssübünü çəkməyib

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Ruscadan dilimizə ən gözəl tərcümə əsərlərini ərsəyə gətirənlərdən biri, 30 ildir Azərbaycan mətbuatına, ədəbiyyatına xidmət edən, yorulmadan, usanmadan gənc nəsil jurnalist-yazıçı-şairlərin püxtələşməsində müstəsna rol oynayan, heç kimin toyuğuna “kış” deməyən, sakit, əmin həyat sürən “525-ci qəzet”in baş redaktor müavini, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin ailəsinə 100 illərdir Azərbaycana qənim kəsilən ruslar divan tutub, müsibət peydahlayıb. 

Məlumat üçün qısa arayış; Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.

Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri — Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.

Rəsmi təsdiqlənməyən məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub.

Bir şəxsin, bir ailənin yox, bir nəslin, obanın faciəsinə səbəb olan bu qandonduran hadisənin təfərrüatları tam aydın olmasa da, bəllidir ki, FTX 2001-ci ildə öldürülən ağdamlı Yunisin təəssübünü çəkməyib. Ümumiyyətlə, Rusiya heç vaxt heç bir azərbaycanlının təəssübünü çəkəcək nəcibliyə sahib olmayıb. Heç buna ehtiyac da yoxdu, özümüz öz təəssübümüzü çəkdik, 2020-ci ilin payızındakı kimi… Bəs 24 il sonra bir cinayəti mahnı edib illərdir dırnaqları ilə torpaq qazan zəhmətkeş ailəyə, onların timsalında bütün azərbaycanlılara gözdağı vermək hardan yada düşdü?! 

Seyfəddin Hüseynli açıqlamasında bildirib ki, qardaşı Ziyəddin Səfərov Rusiyada Azərbaycan diasporası naminə fəaliyyət göstərib. Yek söz demək çətindi, amma bu “əməliyyat”ın vəhşilik dərəcəsi imkan verir ki, xüsusi ambisiyaların, maraqların, sifarişin olduğu barədə bizdə şübhələr yaransın.

Rusiya regional İstintaq Komitəsi və DİN-i məsələ ilə bağlı üstüörtülü məlumat yayıb. Kim bilir, bəlkə də, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri kimi bu məsələ barədə də aydın açıqlama əldə edə bilməyəcəyik. Təəssüf ki, qonşuluqdakı Rusiya müxtəlif hakimiyyətlər, adlar altında bütün dövrlərdə buna bənzər və miqyası bundan çox-çox böyük olan fəlakətlər törədib. 7 ay ərzində iki hadisə isə bir az çox oldu. Səmimi desəm, Aktaudakı fəlakət miqyasında olmasa da, onun acısını yaşatdı ağdamlı qardaşların başına gələn hadisə… 

Azərbaycanın qələm adamlarının sosial hesabındakı çağırışları və APA-nın əldə etdiyi özəl məlumatlarla gündəmə gələn bu məsələyə Azərbaycan hökumətinin də reaksiyası yubanmadı. Ziyalıların bir-birindən kopyalayıb paylaşdığı mətnlə aşağı-yuxarı eyni olan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Bəli, məhz bəyanatda da belə yazılıb: “Qəbuledilməz zorakılıq”.

Məsələnin emosianal tərəfi o qədər dərindir ki, yazıya köçürməyə adamın əli gəlmir. Amma Seyfəddin Hüseynlinin açıqlamalarını oxuduqca bir az da hiddətlənir və ağrılarının kodlarını, rüşeymlərini, keçmişin qaysaq bağlamayan yaralarını yada salır insan. Hesab edin ki, bir böyük ailəyə 20 Yanvar faciəsi yaşadıblar. 20 Yanvar Bakının faciəsi idisə, 27 iyun azərbaycanlılardan ibarət böyük ailənin faciəsi oldu. Bir oxşar tərəfi var: ikisini də rus törədib…

“Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik. Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür”, — Seyfəddin müəllim deyib.

Hələ işğaldan azad olan torpaqlarından doymayan, doyunca oraları gəzməyən ailə 2 tabut aparacaq Qarabağa. 

Bu ağır gündə Seyfəddin Hüseynliyə və parça-parça olan ailəsinə təmkin arzulayıram…

P.S. Bu xəbəri İstanbulda eşitdim. 30 ildir Seyfəddin Hüseynli ilə çiyin-çiyinə işləyən Əməkdar jurnalist Yusif Rzayevə gecə mesaj yazdım. Dedi, yoldayam, Seyfəddinin yanına gedirəm… Sonra yenə düşündüm, görəsən, Seyfəddin müəllim bir də əvvəlki şövqlə yazıları redaktə edə biləcək?.. Adamları belə-belə məhv edirlər…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyun 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see250

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see224

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see188

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see153

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see146

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri