Icma.az
close
up
RU
7 həftəlik tətildən sonra ilk rəsmi tədbirdə Fotolar

7 həftəlik tətildən sonra ilk rəsmi tədbirdə Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton təxminən 7 həftəlik yay tətilindən sonra ilk birgə rəsmi tədbirlərinə qatılıblar.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onlar bu gün Londondakı Təbiət Tarixi Muzeyinin yenilənmiş bağlarını ziyarət ediblər.

Tədbir zamanı Middlton yeni imici ilə diqqət çəkib. Uzun illərdir şabalıdı-qəhvəyi saç rəngi ilə tanınan şahzadə bu dəfə daha açıq tonlarda və belinə qədər uzanan saçları ilə görünüb.

Onun obrazını ağ köynək, pencək, qara şalvar və sadə ayaqqabılar tamamlayıb. Şahzadənin boynundakı boyunbağıda isə övladlarının - 12 yaşlı Corc, 10 yaşlı Şarlotta və 7 yaşlı Luisin baş hərfləri yer alıb.

Şahzadə Uilyam və Keyt bağların “yaşayan laboratoriya” kimi fəaliyyət göstərməsi barədə məlumat alıblar. Onlar məktəblilərlə birlikdə açıq hava dərslərinə qatılıb.

Görüş zamanı qəfil yağan yağış səbəbindən cütlük və məktəblilər çətirlər altında sığınmalı olublar. Bu an isə maraqlı görüntülərə səbəb olub.

Xatırladaq ki, Keyt Middlton Təbiət Tarixi Muzeyinin himayəçisidir və daha əvvəl “Urban Nature Project”in ilkin mərhələləri ilə tanış olub. Açıq havaya və təbiətə olan sevgisini dəfələrlə dilə gətirən şahzadə, xüsusilə də xərçəng müalicəsi və sağalma dövründə bu bağlılığın onun üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Krali ailə üzvlərinin muzeyə bu səfəri, övladlarının Lambrook Məktəbində yeni dərs ilinə başlamasından bir gün sonra baş tutub. Yay tətilində isə onlar ənənəyə uyğun olaraq Şotlandiyadakı Balmoral Qalasına üz tutublar.

Qeyd edək ki, avqustun 24-də ailə üzvləri kilsə mərasimi üçün görüntülənmiş, sükan arxasında isə Şahzadə Uilyam əyləşmişdi.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri