Icma.az
close
up
RU
7 körpənin ölümündə təqsirləndirilən sabiq direktor ölkədən necə çıxıb? Məhkəmə

7 körpənin ölümündə təqsirləndirilən sabiq direktor ölkədən necə çıxıb? Məhkəmə

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən proses bu dəfədə şahid ifadələri ilə işini davam etdirib. Mərkəzdə xadimə işləyən Yeganə Əhmədova ifadəsində deyib:

“Mən 6-7 ay idi mərkəzdə çalışırdım. Hadisə vaxtı növbədə idim. Reanimasiya otağını təmizədim, mətbəxə keçdim. Validə xanım qışqıraraq otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğın söndürülməsi ilə bağlı bizə təlim keçirilib”.

Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olduğundan o məhkəmədəki ifadəsini təsdiq edib. 

Mərkəzdə elektrik mühəndisi vəzifəsində çalışmış Asif Dadaşov isə bildirib ki, o dəstək xidmətlərində işləyib:

“Mənim işim elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsi olub. Panellərdəki elektrik xəttinə və elektrik yuvalarına baxmaq, onları dəyişmək olub. Şöbələrdə nəyisə dəyişmək  lazım olurdusa, mənə deyirdilər,  mən də gedib həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqlarda nəyisə dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədən isə Hamlet doktor göstəriş verib”.

Şahid onu da vurğulayıb ki, mərkəzdə qısa qapanma halları daha əvvəllərdə baş verib:

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyevin ifadəsi isə bütün məhkəmə heyətini təəccübləndirdi.O təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və digərlərinin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib. 

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəri altına vermə” qətimkan tədbiri olduğu halda o iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verməyib. 

Təqsirləndirilən Mehriban Abasquliyeva həqiqətən iki dəfə ölkə xaricində olduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyatı qurumlara məlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyə bildirib.

Növbəti proses sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see303

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see238

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see191

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see137

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri