7 milyonluq infrastruktur layihəsi ləğv olundu SƏBƏB
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş tender ləğv olunub.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, tender Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğuların tikintisi layihəsini əhatə edirdi. Layihə üzrə nəzərdə tutulan məbləğ 7 milyon 181 min 133,08 manat olub.
Tenderin ləğv edilməsinə səbəb isə satınalmada kifayət qədər iştirakçı olmaması göstərilib. Belə ki, prosedurda təklif və təklif təminatı təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olub.
Qeyd edək ki, tenderi ləğv olunan şirkətin qanuni təmsilçisi Məmmədov Samir Teymur oğludur. Şirkətin nizamnamə kapitalı 59 min 981 manat təşkil edir.
Baxış sayı:221
Bu xəbər 05 Mart 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















