Icma.az
close
up
RU
“7 oğul”dan birinin məzarı ilə bağlı qalmaqal

“7 oğul”dan birinin məzarı ilə bağlı qalmaqal

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Şeyx Əbdül: “Ənvər Həsənov Fəxri Xiyabanda dəfn olunmayıbsa, ona qəbirüstü abidə qoyulmamalıdır?”

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib. Xalq artistinin qızı Aytən Həsənova deyib ki, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib: “Bizə bildirdilər ki, atam Fəxri Xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”.

Mədəniyyət Nazirliyi isə məlumata aydınlıq gətirib. Nazirlik bildirib ki, Mədəniyyət Nazirliyinin fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur: “Nazirliyin əsas vəzifəsi milli mədəni irsin qorunması, incəsənətin və yaradıcı mühitin inkişaf etdirilməsi, həmçinin mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsidir. Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır.

Eyni zamanda qeyd olunmalıdır ki, Xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə nazirlik onun vəziyyətini daim diqqətdə saxlamış, müalicə prosesinə mümkün dəstəyi göstərmişdir. Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirmişdir.

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır".

“Mənim Mədəniyyət Nazirliyinə əmr vermək kimi səlahiyyətim yoxdur. İctimai təşkilatıq”. Bunu da “Qaynarinfo”ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Mədəniyyət Nazirliyinin Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina etməsinə aydınlıq gətirərkən deyib.

Sədr sənət adamlarının kateqoriyalarına görə dəfn olunduğunu xatırladıb: “Mən buna neynim? İnsanlar kateqoriyalarına görə dəfn edilir. Kateqoriyaları üstün olanlar Birinci Fəxri Xiyabanda, ondan az olanlar "Qurd Qapısı" qəbiristanlığında dəfn edilir. Əminə Yusifqızını da orada basdırdılar. Biz ictimai təşkilatıq, belə məsələlər isə nazirliyin səlahiyyətindədir".

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov bu ilin mart ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Sənətkar ailəsinin arzusu ilə Bakının Buzovna qəsəbəsində yerləşən ailə qəbiristanlığında, həyat yoldaşı, tanınmış aktrisa Möminat Qurbanovanın məzarı yanında dəfn olunub.

Ənvər Həsənov Azərbaycan kinosunun unudulmaz simalarından biri kimi tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Onun “Yeddi oğul istərəm” filmində canlandırdığı Cəlal, eləcə də “Uşaqlığın son gecəsi” filmindəki Murad obrazı aktyorun yüksək peşəkarlığını nümayiş etdirib.

Bununla belə, xalq artistinin vəfatından aylar keçməsinə baxmayaraq, məzarının üstündə hələ də abidə ucaldılmaması cəmiyyətdə, xüsusilə kino ictimaiyyəti və sənətsevərlər arasında ciddi narazılıq doğurub. Sənət adamları bu halı həm Ənvər Həsənovun sənət irsinə, həm də ümumilikdə mədəni irsə qarşı biganəlik kimi qiymətləndirirlər.


Mövzu ilə bağlı Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb: “Bu məsələ mənim ən ağrılı yerimdir. Şəxsən mən bu məsələdə çox acı çəkirəm. Ənvər Həsənov ömrünü kinoya həsr edib, ən böyük filmlərdə oynayıb. İndi yalnız bir qızı var, o da xəstədir və onun imkanı yoxdur ki, qəbirüstü abidə düzəltsin.

Hüquqi baxımdan belə məsələlərdə hansı qurumun səlahiyyətli olduğunu dəqiq bilmirəm, amma hesab edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı dövlət tərəfindən aldığı vəsaitdən istifadə edərək Ənvər Həsənov üçün qəbirüstü abidənin hazırlanmasına köməklik edə bilər. Azərbaycanda ikinci belə Ənvər Həsənov olmayıb. Mənim də imkanım yoxdur, kömək edə bilmirəm. Bəs indi necə olsun? Əminəm ki, təsadüfi adamlara qoyulan bəzi abidələr vaxtı gələndə dağılsa da, Ənvər Həsənovun filmləri insanlara əbədi olaraq qalacaq, ürəklərdə abidə kimidir. Niyə bu abidəni düzəltmirlər? Nə böyük işdir ki? Ona görə də həmişə demişəm: kino ittifaqının rəhbərliyinə kinorejissor gətirilməlidir. Rejissorlar bilirlər kimə necə dəyər vermək lazımdır. Bu gün orada rəhbər olanlar isə gördüyünüz kimi, kino üçün, kino adamları üçün heç nə etmirlər. Əgər bu gün həmin qurum bu cür hallara kömək etməyəcəksə, o zaman o qurumun nə işi var? Dəfələrlə demişəm ki, kino ittifaqı bağlanmalıdır, çünki heç bir işə yaramır, fəaliyyət göstərmir, sadəcə, dövlətdən vəsait alırlar. Beləmi olmalıdır - bir Ənvər Həsənova qəbirüstü abidə qoyulmasın? İndi nə olsun ki, o, Fəxri Xiyabanda dəfn olunmayıb? Burada mənəviyyat məsələsi durur. Onun xanımı da çox gözəl aktrisa olub. Hər ikisi üçün abidə, başdaşı düzəltmək nə dərəcədə çətin olar? Bu abidə nəinki Ənvər Həsənova, nəinki onun xanımına lazımdı, bu, Azərbaycan xalqına lazımdır. Gələcək nəsillərə lazımdır. Onlar haqq dünyasına köçüblər, bizə qalır onlara hörmət etmək".


Deputat, parlamentin Mədəniyyət komissiyasının sədri Fazil Mustafa isə qeyd edib ki, qəbirüstü abidənin qoyulması məsələsi qanunvericiliyə əsasən hər hansı bir dövlət qurumunun birbaşa səlahiyyətinə aid deyil: “Adətən bu cür təşəbbüsləri dövlətin müxtəlif qurumları və ya fondlar həyata keçirir, lakin bu, sırf humanitar xarakter daşıyan bir addım kimi qiymətləndirilir. Əgər büdcədə bu istiqamətdə vəsait nəzərdə tutulmayıbsa, Mədəniyyət Nazirliyinin həmin işi görməsi praktiki olaraq mümkünsüzdür. Buna görə də bu mövzuya dair verilən cavablar əslində məhz bu səbəbdən yaranır. Amma ümumilikdə Ənvər Həsənov Azərbaycanın çox dəyərli sənət adamı, böyük şəxsiyyətlərindən biri idi. Onun xatirəsini əbədiləşdirmək üçün dövlət qurumlarının birbaşa addım atması çətin görünür. Bu işi daha çox xeyirxah insanlar, iş adamları, sənətkarın pərəstişkarları və onun sənətinə dəyər verən şəxslər fərdi təşəbbüs kimi həyata keçirə bilərlər.

Bu səbəbdən də bu cür müraciətlərə verilən cavabları kimisə ittiham kimi qəbul etmək doğru olmaz. Çünki belə bir işin görülməsi üçün mütləq büdcə vəsaiti ayrılmalıdır, əgər bu vəsait yoxdursa, dövlət qurumları da faktiki olaraq hər hansı addım ata bilmirlər. Belə hallarda məsələ çox vaxt fərdi təşəbbüslə, yəni ailə üzvlərinin, yaxın qohumların və ya könüllü şəkildə bu işə qoşulan şəxslərin vasitəsilə həll olunur. Əgər ailənin imkanı və təşəbbüsü yoxdursa, bu zaman vəziyyət doğrudan da çətinləşir. Ona görə də, qeyd etdiyim kimi, bu məsələyə daha obyektiv baxmaq lazımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri