Britaniya Rusiya hərbi bazalarını vurmalıdır
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezdenti Vladimir Putinə qarşı çəkindirici addım kimi Britaniya Arktikadakı Rusiya hərbi bazalarına zərbələr endirmək imkanlarını nəzərdən keçirməlidir.
Modern.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak deyib.
Sunakın sözlərinə görə, Rusiya Şimal Donanmasının yerləşdiyi və nüvə qüvvələrinin əhəmiyyətli hissəsinin cəmləşdiyi Kola yarımadasında hərbi mövcudluğunu fəal şəkildə artırır. Bununla yanaşı, Rusiya donanmasının Böyük Britaniya sahilləri yaxınlığındakı fəallığı 41 faiz artıb.
Keçmiş baş nazir əsas təhlükənin Şimali Atlantik üzərində nəzarətin itirilməsi olduğunu bildirib. Onun fikrincə, müharibə baş verəcəyi təqdirdə bu, ABŞ qoşunlarının və hərbi texnikasının Avropaya köçürülməsini çətinləşdirə bilər. Təxminən beynəlxalq internet trafikinin 99 faizinin ötürüldüyü sualtı kabellər də təhlükə altındadır.
Sunak sualtı müşahidə sistemlərinin gücləndirilməsinə, Şimali Avropa müttəfiqləri ilə birgə əməliyyatların artırılmasına və Britaniya xüsusi təyinatlılarının Arktikada fəaliyyət üçün hazırlanmasına çağırıb.
“The Sunday Times” qəzetində dərc olunan məqaləsində keçmiş baş nazir vurğulayıb:
“Biz Rusiyaya göstərməliyik ki, münaqişə baş verəcəyi təqdirdə onun hərbi bazalarını təhlükə altına qoya bilərik”.
Sunakın fikrincə, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Vladimir Putin Qərbin gücünü sınamağa davam edəcək. Buna görə də Rusiyanın çəkindirilməsi strategiyası onun hərbi infrastrukturuna real zərər vurmaq imkanını da əhatə etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2026 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















