Icma.az
close
up
RU
70 illik sovet əsarəti və azadlıq uğrunda mübarizə aparan Aydınlar

70 illik sovet əsarəti və azadlıq uğrunda mübarizə aparan Aydınlar

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Bir neçə gün öncə AXC nin süqutunun 105 ci ildönümünü idi. 1920 ci il 28 aprel Şərqin ilk demokratik Respublikası tarixə qovuşdu və Azərbaycan sözün əsl mənasında Moskvanın əlində müstəmləkəyə çevrildi.

AXC ə müstəqilliyinə toxunulmayacağı, dövlət və milli kimliyə hörmət ediləcəyi barədə söz verilsə də, artıq may ayından dini, milli, siyasi təqib və hüquqların pozulmasına başlandı.

1920 ci ilin avqustu Şərur Dərələyəzin Ermənistana verilməsi ilə torpaqlarımızın qəsbi başlandı və Moskvanın xüsusi göstərişi ilə bu siyasət sürətlə aparılırdı ki, Azərbaycan Türkiyə ilə birləşə bilməsin, çünki, Türkiyə Mustafa Kamal Atatürkün başçılığı ilə Milli Azadlıq müharibəsində (1919 - 1923) artıq qələbələr qazanmağa başlamış və digər tərəfdən Cənubi Azərbaycanda milli istiqlal ideyaları Şeyx Məhəmməd Xiyabaninin öndərliyi ilə canlanmağa başlamışdır.

Bu isə, hər iki qüvvənin gec tez Azərbaycana köməyə gələcəyi və birləşib bütöv dövlət ola biləcəyini nəzərə alıb mane olaraq bufer zona kimi Naxçıvan və Azərbaycan arasında Ermənistan adlı ölkəni gücləndirməyə başlamağa Sovet imperiyasını tələsdirirdi. AXC nin adlı sanlı dövlət xadimləri, ziyalılar bir bir sui qəsdə uğradılır, üsyanlar yatırılırdı.

İstənilən, milli ideyalar boğdurulurdu, məqsəd Qafqazda nə Türkiyə Azərbaycan birliyinin var olmasına nə də Şimali və Cənubi Azərbaycanın birləşməsi ehtimalına yol vermək idi.

97,7 min kv km ərazisi olan və yenicə Dünyanın güclü dövlətləri tərəfindən müstəqilliyi tanınan AXC faktiki işğal edilərək ərazisi qeyri qanuni olaraq qonşu ölkələrə peşkəş hədiyyə edilir.

İlkin olaraq, Dərbənd AXC süqut etdikdən dərhal sonra Rusiyaya verildi, ardınca Borçalı, Qarayazı kimi mübahisəli ərazilər, Göyçə, Zəngəzur 1920 ci ildən 1929 cu ilədək hissə hissə və sürətlə Ermənistan və Gürcüstana bağışlandı.

Qazax və Naxçıvandan bir sıra ərazilər, Nəhayət, 1929 1930 cu illərdə Mehri rayonu da Ermənistana verildi.

Sovet imperiyasının başında duranlar çox hiyləgər idi. Azərbaycanın Qarabağ bölgəsinin mərkəzində Dağlıq Qarabağ muxtar vilayəti yaradaraq nə zamansa müstəqillik cəhdi olsa erməni seperatizminin alovlandırılması yolu ilə Ölkəmizi zəiflətmək, Qafqazda beləcə gücünü saxlamaq, erməni separatçıları qismində etnik dayaq tapmaq və sülh təmin edici bəhanəsi ilə regionda var olmaq.

Sovet İmperiyasının müttəfiq Ölkə reallıqda isə işğalı altında olan Azərbaycan 71 illik əsarət altında az faciələrlə üzləşmədi.

Hakimiyyətə gətirilən erməni və rus əsilli şəxslər Azərbaycan millətinə və ziyalılarına olmazın zülmlərin edir, repressiya və təqib, şər böhtan dalğaları sel kimi axın edirdi. Hər evdə, hər qəlbində vətən eşqi yanan, Azərbaycanlıyam deyənlərin evinə bir tufan kimi basqın edirdi.

Sovet imperiyasının ən böyük nankorluğu məhz neftimizin sayəsində 1945 ci ildə əldə edilən qələbədən sonra Bakıya Qəhrəman Şəhər statusunun verilməməsi idi.

O dövrdə hələ milli ideyaları gizli də olsa təbliğ edən İnsanlar var idi. Rəhmətlik Ziya Bünyadov Azərbaycanın Rusiyaya könüllü birləşməsi adlı tədbirdə böyük cəsarətlə bu birləşmənin əslində zorla həyata keçirildiyini, Ölkəmizin işğal edildiyini bildirmişdi. Onu o tədbirdən dərhal uzaqlaşdırırlar, araşdırma başlanır lakin ona repressiya dalğası toxunmur çünki, O Sovet İttifaqı Qəhrəmanı idi. Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Xəlil Rza UluTürk də bu cür cəsur İnsanlardan idi. AXC xadimləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə radio yayımlarda milli azadlıq ideyalarının mütləq zəfər qazanacağını, işğal altda qalan vətənin harayını, Azərbaycanın haqq səsini dünyaya çatdırır, mühacir höküməti formalaşdıraraq böyük amala xidmət edirdilər.

Sovet imperiyasının yıxılmasında Xalqımızın xüsusi rolu vardır. İlk öncə 1986 cı ildə Qazaxıstanda tələbələrin mitinqinin dağıdılması və qətllər nəticəsində sovet zəifləməyə başladı, ardınca 1988 ci ildə Qarabağda Şuşanın Topxana meşəsində ermənilərin ekoloji fəlakət törətməsi və Qərbi Azərbaycanlıların deportasiyası ilə alovlanan Bakıda fevral mitinqi Sovetin Xəlil Rza UluTürk demiş “zəncirləri qıram gərək qıram qıram “ işğal zəncirlərini qırdı. O zəncir ki, 70 ilə yaxın idi hüquq və ədalət əlimizdən alınmışdı.

Azərbaycanın müstəqilliyini əldə etmə ərəfəsində olduğunu görən Sovet imperiyası Ermənistanda milliyyətçi ideyaları gücləndirdi və Qərbi Azərbaycanlıların deportasiyasına zəmin yaratdı digər tərəfdən Qarabağın mərkəzində olan Dağlıq Qarabağ qondarma vilayətinin Ermənistana verilməsi üçün İrəvana dəstək verməyə işğal üçün hərbi yardıma başladı.

Belə çətin vaxtda, Azərbaycan 1991 ci il 18 oktyabr müstəqilliyini əldə etdi və Qarabağ uğrunda mübarizə başladı. Rayonlarımız bir bir işğal edilərkən, Ölkədə vəziyyət gərgin olarkən Ümummilli Lider Heydər Əliyev Bakıya gələrək ilk andan situasiyanın sabitliyi üçün ciddi tədbirlər görməyə başladı.

1994 cü ildə Horadiz əməliyyatı ilə Füzulinin bir sıra kəndləri və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi və mayda atəşkəs elan edildi - Azərbaycan qarşıdakı 26 il ərzində öz gücünü artırmağa və Qarabağı işğaldan azad etməyə hazırlaşmağa başladı. Sülh danışıqlarının maraqlı qüvvələrin Ermənistana dəstəyi ilə nəticəsizliyi, Qərbin ikili standartları ilə Torpaqlarımızın qaytarılması mümkünsüzləşirdi. 2020 ci ildə Prezident Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağın illərdir gözlənilən azadlıq günü gəldi və 44 günlük müharibə ilə böyük zəfər əldə edildi. 2023 cü ilin 19 20 sentyabrı antiterror əməliyyatları ilə Yuxarı Qarabağ və Xankəndi geri qaytarıldı. Beləcə, Azərbaycan suverenliyini bərpa etdi.

Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı Ölkəsi və iqtisadi siyasi gücüdür.

Siyasi şərhçi: İsa İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 May 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri