Icma.az
close
up
RU
Türk aydınlar və mücahidləri sırasında Türk xanımları

Türk aydınlar və mücahidləri sırasında Türk xanımları

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın şimal-şərq qurtaracağında, Atlantik okeanı sahillərində yerləşən Nyu-Cersi ştatının Ratqer Universitetinin tarix elmi üzrə professoru Piter B.Qolden “Türk xalqlarının soy-kökü/etnogenezisi” əsərinin “Qurd haqqında əfsanə” bölümündə Türk soyluların (Hunlar, Quzlar, Oğuzlar, Saklar, Göy-Sarı-Bəyaz-Qayı Türklər) süd bağlılığını Qurd kökü ilə əlaqələndirib, bununla bağlı yaranan əfsanələri təhlil edərək dəyərli elmi-nəzəri və ədəbi-bədii təcəssümünü qələmə alıb.

Türk-İslam dünyasının məşhur ictimai-siyasi xadimi, sərkərdə və tarixçi Əbül Qazi Ərəb Məhəmməd oğlunun (1603-1664) “Türkmənlərin soykökü” əsərində bildirilir ki, qədim Türkmən-Oğuz etnoİttifaqlarının idarəedilməsində, dünyəvi və dini-mənəvi mədəniyyət irsinin zənginləşməsində, beynəlxalq münasibətlərin formalaşmasında orta əsrlərdə mühüm rol oynayan Hun-Quz/Oğuz mənşəli, Türk-Moğol kökənli və Qıpçaq-Sak çöllərinin Bahadur-Ərən hakimlərinin 7 Xatunu (Altun Gözəki bəy qızı, Bərçin Salur Qarmış bəy qızı, Nəbati Qayı bəy qızı, Kərçə Bulaqi Alp Arslan qızı, Quqadlı Qınıq bəy qızı) “Bəyim” titulu verilib.

Məlumdur ki, erkən Orta əsrlərin (VIII-IX yüzilliklər) məşhur ümumiTürk/Oğuz eposu olan “Kitabi-Dədə Qorqud” dastanı surətlərindən Salur Qazan xanın xanımı Burla xatun ümumiləşdirilmiş Türk qadını dəyərlərini təcəssüm etdirir və Türk-Moğol soykökündən Ana südü içən Xatunların ocağındandır (dünyanın ən uzun çaylarından biri, Türk coğrafiyasının ən bolsulu və uzun Abu-Su/Ob çayı iki-Bəy və Xatun adlanan qoldan yaranıb.

Xatun-Bəyimlərin dövlət idarəedilməsi, siyasi-hərbi səviyyələrinin üstünlüyü, zəka qabiliyyətinin genişliyi, elmi-incəsənət irsinin dünyəviliyi baxımından dəyərləndirilməsi erkən və Orta əsrlər dövründə salnamə zənginliyinin kökü e.ə. I minilliklər mərhələsindən qaynaqlanır (e.ə. 570-520-ci illərdə yaşamış Sak-Qıpçaq diyarında, Quz/Oğuz əsilli Tau Quz Xatunun/Tomirisin timsalında).

Gələnəklərə uyğun milli-mənəvi dəyərlərin yaranmasında Türk Xanım/Xatunlarının gübbəsi (baş çalmaları) İgid ərənlərin döyüş dəbilqəlırinə oxşarlığı ilk növbədə gen-qan və irs/əqidə  yaddası ilə bağlıdır, Türk yurtları da bu düşüncəyə köklənib.

Mərakeşli səyyah və coğrafiyaşünas Əbu Abdullah ət-Tancı/ibn Bətutə (1304-1369) Qızıl Ordu/Türk Uluslarının dövlət siyasətinin idarə olunmasında, İslam-Türk mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi gələnəklərin formalaşmasında və ictimai-siyasi dəyərlər səviyyəsi qazanmasında Türk-Moğol Xatunlarının önəmli yer tutduqlarını öz müşahidələri əsasında “Möcüzəli ölkələr və şəhərlər haqqında...” kitabını yazmış, 1334-1336-cı illərdə Krım yarımadasından Qıpçaq çöllərinin şərq qurtaracağınadək Türk yurdlarını dolaşmış, Cuci Ulusunun beynəlxalq əlaqələrində (1250-1517-ci illərdə mövcud olmuş, Qıpçaq mənşəli Türk sülalələrinin Məmlük/Misir dövləti ilə siyasi-iqtisadi münasibətlərinin yaxşılaşmasında) məsul olan dövlət xadimi və diplomat, 1313-1341-ci illərdə hakimiyyətdə olmuş Özbək xan Toğrulçan oğlunun (1283-1341) xanımı Taydula Xatun (1310-1360) haqqında bilgilərini (dinlərarası münasibətlərin tənzimlənməsini xüsusilə qeyd etmişdir) çatdırmışdır. O, qeyd etmişdir ki, Taydula Xatunun çadırında xüsusi düzəlmiş camlarda sərin  və dadlı kumıs içə-içə İslam mədəniyyəti və dini dünyagörüşünün zənginliyi barədə aparılan söhbət onda unudulmaz təəssürat yaratmışdır.

Qıpçaq Türklərinin (Qazax xalqının ulu əcdadları) hakimlərindən olan Bərgə xanın sevimli həyat yoldaşlarından biri və ondan sonra İslamı qəbul edən Çiçək Xatun (1240-1296) Cuci Ulusunun beynəlxalq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində yaxından iştirak etmiş, xarici səfirləri yalnız o qəbul etmişdir. Həm də dövlətin saray idarəedilməsini tənzimləmiş, Sufiliyin təşəkkül tapmasında böyük rol oynamışdır.

Rusiya EA-nın Tarix institutu və M.V.Lomonisiv adına MDU-nin  professoru A.A.Qorski (1959) əsərlərində yazmışdır ki, Taydula Xatun müəyyən müddət Tula vilayətini idarə etmiş, Qərbi Avropa hakimləri və kilsə rəhbərləri onunla əlaqələr yaratmışdır. Belə ki, 1340-cı ilin yayında  Roma papası  XII Benedikt (1280-1342) “Şimali Tartar  (Dəşti-Qıpçaq)/Qızıl Ordu hakimi Taydula xatuna məktubla müraciət edərək Qızıl Ordu dövləti hüdudlarında dini dözümlüyünü, katolik kilsəsinə olan münasibəti yüksək qiymətləndirmişdir”.

Cuci Ulusunu 20 il ərzində idarə edən və ömrünün son illərində Taydula Xatunun gözünün nuru zəifləyəndə oğlu Canıbəyin (1327-1357) dəvəti ilə Kiyev və Rusiya mitropoliti Aleksiy Fyodoroviç (1292-1378) onu müalicə edir, sağaldır. Zəhmətinin müqabilində Qızıl Ordunun Moskva şəhərinin mərkəzi hissəsində, Kreml qalasında torpağının bir hissəsi məbəd tikintisi üçü ayrılır və bu yerdə bir il ərzində-1365-ci ildə Çud məbədi (1928-1929-cu illərdə sökülmüşdür) inşa edilmişdir.

Türk-Müsəlman xalqlarının Təkamül-İncəsənət mərhələlərinin, eləcə də Rusiya tarixinin tədqiqatçısı S.E.Kostoqrızova Türk Uluslarının inkişafında mühüm rol oynayan Türk Xanımları/Xaqtunları (Börəkçin Xatun, Uki Xatun, Çiçək Xatun)  barədə geniş tarixi məlumatlar vermişdir.

Bir cəhəti qeyd etmək lazımdır ki, Türk/Moğol Xatunlarının həyatı, ailə qurmaları bir soyun və ya ocağın məsələsi yox, Ümumxalq dövləti səciyyəsi daşımışdır.

İslam mədəniyyəti və Türk dövlət quruculuğu mərhələlərinin tanınmış xanım isimlərindən biri də görkəmli Qazax tarixçisi, siyasi elmlər doktoru M.A.Sadiqnəzərin uzun illər axtarışları ilə tanınmış Aru Sultan olmuşdur.

                                                                                 
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri