Icma.az
close
up
RU
70 min miqrantdan sonra yeni böhran: Mərakeş İspaniyanın şəhərlərinə iddia edir

70 min miqrantdan sonra yeni böhran: Mərakeş İspaniyanın şəhərlərinə iddia edir

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Rabat yay aylarında 70 mindən çox miqrantın Seutaya axınından sonra Madridə qarşı ərazi iddialarını yenidən gündəmə gətirib.

Son miqrasiya böhranı fonunda İspaniya ilə Mərakeş arasında siyasi gərginlik artmaqda davam edir.

Kral sarayında keçirilən mərasimdə Mərakeşin İslam İşləri naziri Əhməd Təvfik XV əsrdə yaşamış imamı "işğal olunmuş şəhərlərin azad edilməsi" ideyasının simvolu kimi təqdim edib.

Nazir İspaniyanın muxtar şəhərləri olan Seuta və Melilyanı nəzərdə tutub. Bu ərazilərdə ümumilikdə təxminən 170 min insan yaşayır.

Ötən həftə İspaniya Xarici İşlər Nazirliyi Mərakeşin ədliyyə nazirinin bu ərazilərin gələcəyinin Rabatın "tarixi hüquqları" əsasında müzakirə olunması təklifini rədd edib. İspaniyanın Baş naziri Pedro Sançesin isə seçki ərəfəsində açıq qarşıdurmadan qaçmağa çalışdığı bildirilir.

Müxalifət Sançesi Mərakeşə güzəştə getməkdə sərt tənqid edir. Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo baş nazirin özünü daha çox Mərakeş təbəəsi kimi apardığını bildirib. Sağçı "Vox" partiyası isə miqrasiya böhranını "hibrid müharibə" adlandırıb.

Ekspertlər hesab edirlər ki, Rabatın addımları ABŞ və İsrailə də mesaj xarakteri daşıya bilər. Bununla Mərakeş kralı VI Məhəmmədin ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərindən istifadə edərək bölgədəki təsirini nümayiş etdirdiyi ehtimal olunur.

Qeyd edək ki, rəsmi Madrid Mərakeş vətəndaşlarının Seutaya qanunsuz keçidini dövlət suverenliyinə qəsd kimi qiymətləndirib.

Madrid muxtar icmasının rəhbəri İzabel Dias Ayuso isə fəaliyyətsizliyinə görə Baş nazir Pedro Sançesi "xəyanətkar" adlandırıb.

/oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 Avqust 2026 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri