Icma.az
close
up
RU
700 illik yalan: alimlər taun xəstəliyinin mənşəyi barədə ən məşhur “fakt”ı təkzib etdilər

700 illik yalan: alimlər taun xəstəliyinin mənşəyi barədə ən məşhur “fakt”ı təkzib etdilər

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni araşdırma sübut edir ki, əsrlər boyu tarixçilər taunun “sürətli yayılması” nəzəriyyəsini real şahid ifadəsinə deyil, bədii mətnə əsasən qurublar.

Tarixçilər inqilabi bir kəşf elan ediblər: "Qara ölüm"ün mənşəyi və sürətli yayılması ilə bağlı geniş yayılmış nəzəriyyənin əsaslandığı sənədin, əslində, bədii mətn olduğu məlum olub.

Journal of Arabic and Islamic Studies jurnalında dərc edilən yeni araşdırma taunun Çindən Avropaya 10 ildən az müddətdə ildırım sürətilə yayıldığına dair yüzillik təsəvvürü şübhə altına alır.

“Fakt”a çevrilmiş mif

Bu nəzəriyyənin əsas mənbəyi XIV əsr Suriyalı müəllif İbn əl-Vardiyə məxsus makama - qafiyəli nəsr əsəri idi. Bədii üslubla yazılmasına baxmayaraq, əsrlərdir ki, bu mətn sanki xəstəliyin Asiya boyunca hərəkətini qeydə alan tarixi təsvir kimi qəbul edilirdi. Lakin alimlər müəyyən ediblər ki, mətn heç vaxt salnamə kimi yazılmayıb. O, dövrün qorxu və mənəvi sarsıntılarını ifadə edən bir alleqoriya - bədii əsər olub və pandemiyanın yayılma marşrutunu qeydə almaq məqsədi daşımayıb. Səhv interpretasiya hələ orta əsrlərdə yaranıb və sonradan Avropa tədqiqatçıları tərəfindən təkrarlanıb.

Bir uydurma süjet – qlobal nəticələr

Makamaya əsaslanan “sürətli tranzit narrativi” deyilən bir yanaşma formalaşmışdı: bu yanaşmaya görə, Yersinia pestis Mərkəzi Asiyadan Qara dənizə 10 ildən az vaxtda çatmışdı. Hətta müasir genetik araşdırmalar da törədicinin mərkəzi Asiya mənşəyini təsdiqləyərkən, fərqində olmadan bu xronologiyaya söykənirdi - halbuki bu məlumat şeiri xatırladan metaforadan götürülmüşdü.

Alimlər bildirirlər ki, İbn əl-Vardi tək deyildi. Dövrün digər müəllifləri - əs-Safadi və əl-Məqrizi də taunu bədii obrazlarla təsvir edirdilər: səyahətçi, qonaq və ya cəza verən qüvvə kimi. Sonralar bu obrazlar səhvən real coğrafi məlumat kimi yozulmuşdu.

Yeni kəşf nəyi dəyişir?

Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf pandemiyanın mövcudluğunu və onun qurbanlarının miqyasını (Avropada əhalinin 30–50%-i həlak olmuşdu) şübhə altına almır. Lakin taunun yayılma tempi və mexanizmləri haqqında təsəvvürləri kökündən dəyişir.

Araşdırma, həmçinin makamanı öz həqiqi mahiyyətinə, - insanların faciəni necə yaşadıqlarına dair mədəni şahidliyə. - qaytarır. Alimlər bunu COVID-19 dövründə yaranmış miflər, simvolik izahlar və psixoloji uyğunlaşma üsulları ilə müqayisə edirlər.

Müəlliflərin vurğuladığına görə, bu hekayə bədii metaforanı fakt kimi qəbul etməyin nə qədər təhlükəli olduğunu və elmi modellərin təkcə bir interpretasiya səhvinə görə necə yanlış istiqamətə yönələ biləcəyini xatırladan vacib bir nümunədir.

Hazırladı:

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri