700 milyardlıq qazanc Tramp dövründə nəhəng sərvət axını
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Donald Trampın bu il vəzifəyə qayıdışından sonra ABŞ-də ən varlı 10 şəxsin ümumi sərvəti təxminən 700 milyard dollar artıb.
Bakupost.az xarici mediaya istinadən xəbərinə görə, yeni hesabatda bildirilir ki, Trampın əsas addımlarından biri korporativ və milyarderlərin vergilərini azaldan “Böyük və Gözəl Qanun Layihəsi” olub. “Oxfam America” bu qanunun “onilliklərin ən böyük sərvət transferlərindən birinə” səbəb olduğunu bildirir.
Hesabata görə, ən varlı 1%-lik təbəqədəki ailələr, ən kasıb 20%-lik təbəqədən orta hesabla 987 dəfə çox sərvət qazanıb. Son bir ildə ABŞ milyarderlərinin ümumi sərvəti 698 milyard dollar artıb.
Buna baxmayaraq, əhalinin 40%-dən çoxu hələ də aşağı gəlirli hesab olunur. Senator Elizabet Uorren yazır ki, “ən varlılar demək olar ki, vergi ödəmədən sərvətlərini artırırlar.” O, sərvət vergisi, ədalətli vergi siyasəti və sosial investisiyalarla iqtisadi balansın bərpasını vacib sayır.
Trampın ikinci prezidentliyi dövründə milyarderlər siyasi və iqtisadi təsir güclərini artırıblar. “Tesla” rəhbəri İlon Mask, “Meta”dan Mark Zukerberq və “Amazon”dan Ceff Bezos kimi adlar onun andiçmə mərasimində yer alıb.
Bəzi məlumatlara görə, Tramp ailəsi iki prezidentlik dövrü ərzində kriptovalyutalardan, “MAGA” məhsullarından və “Mar-a-Lago”dan ümumilikdə 3,4 milyard dollar qazanıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İranda münaqişə dövründə 700 nəfər saxlanılıb
25 İyun 2025 10:10
AB nin Ukraynaya 700 milyardlıq yardımı realdırmı?
19 Fevral 2025 08:30
700 min ildir yatan nəhəng oyandı: Sürətlə yüksəlir
09 Yanvar 2026 08:14
Sərvət qazanacaq 6 bürc Pul axını olacaq
09 Yanvar 2025 20:48
Yerin 700 km dərinliyində nəhəng gizli okean aşkar edilib
06 Yanvar 2026 15:13
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















