Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

74 ölkəni əhatə edən TFFF nədir, nəyi hədəfləyir?

74 ölkəni əhatə edən TFFF nədir, nəyi hədəfləyir?

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın var olması üçün ona ehtiyacı var, onun isə insanların mərhəmətinə və qayğısına. Meşələr ekosistemin əhəmiyyətli təşkilatçısıdır. Qlobal miqyasda meşələr hər il 450 milyard dollar iqtisadi gəlir gətirir, ən vacib ekosistem iştirakçısıdır və 1,6 milyard insanın həyatında və qidalanmasında əhəmiyyətli dərəcədə yer tutur. Doğrudur, qlobal miqyasda meşələrin qırılması azalır, lakin ölkələr hələ də qlobal hədəflərə çatmaqda çox geridə qalırlar. 2024-cü ildə tropik meşələrin qırılması nəticəsində azalması 2023-cü ildəki göstəricidən təxminən iki dəfə çoxdur. Bu problem, 2030-cu ilə qədər qlobal miqyasda deqradasiyaya uğramış landşaftları bərpa etməyi hədəfləyən BMT-nin "Ekosistemlərin Bərpası üzrə Onillik yol xəritəsi"nin əsas problemlərindən biridir.

Meşələrin yalnız karbon qazını özündə saxlama vasitəsi olmadığı gerçəyi getdikcə daha çox qəbul edilir, iqlim və qida zəncirinin dayanıqlığını, temperatur və yağış tənzimlənməsini, su və qida təhlükəsizliyini, yüksəlmiş həyat səvyyəsi, bioloji müxtəlifliyi və insan rifahını dəstəkləyən vacib infrastrukturumuzun qorunması üçün meşələrə ehtiyacımızın böyük olduğunu insanlar anlayır.

Bu ilin 10 noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransı Braziliyada — Amazon meşələrinin yerləşdiyi Belem şəhərində keçilməsi də məhz meşələrə diqqəti çəkmək idi. Açılış mərasimində Prezident Luiz İnasio Lula da Silva bütün dünya ölkələrini bəşəriyyətin fosil yanacaqlardan asılılığını ədalətli və planlı şəkildə aradan qaldırmaq, meşələrin qırılmasını dayandırmaq və bunun üçün lazım olan resursları səfərbər etmək üçün yol xəritəsinə dəstək verməyə çağırdı. Bu ilki danışıqların Amazon meşələrinin mərkəzində keçirilməsi, nəhəng biomüxtəlifliyə və əvəzolunmaz mədəni irsə ev sahibliyi edən meşələri qlobal iqlim gündəliyinin mərkəzinə qoyur.

Konfrans ərəfəsində Braziliya uzunmüddətli maliyyələşdirməni tropik meşələrin qorunmasına yönəltmək üçün nəzərdə tutulmuş yeni böyük bir təşəbbüs olan Tropik Meşə Fondunu (TFFF) elan etdi. TFFF artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Tropik Meşələrin Əbədi Fondu kimi tanınan fond, meşələrin qırılmasının qarşısını almağa müvəffəq olan ölkələri mükafatlandıracaq. Meşələrin qırılmasının qarşısını alaraq hazırkı vəziyyətlərindən də yaxşı vəziyyətə gətirilməsini hədəfləyən fond, ildə 4 milyard dollara qədər vəsaiti 74 ölkəyə yönəldə bilər.

“Tropik meşələr planetimizə həyat verir. Buna baxmayaraq, onlar amansız hücum altında qalırlar, meşələr uzunmüddətli sərvətdir, amma qısamüddətli mənfəət kimi qəbul edilir. Tropik meşələr iqlim sabitliyi üçün vacibdir. Biz birlikdə tropik meşələrin iqlim sabitliyinin, biomüxtəlifliyin, dayanıqlığın və sülhün canlı sütunları kimi əbədi qalmasını təmin edə bilərik”, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Fond çərçivəsində meşələrini qoruyan ölkələr hər hektar üçün ildə 4 dollar alacaqlar və bu, peyk monitorinqi vasitəsilə nəzarətdə saxlanacaq. Bu fondun iş prinsipinə dünyada ümumilikdə 74 ölkə uyğundur və onlar ümumilikdə bir milyard hektardan çox tropik və subtropik meşələrə sahibdir. Prioritet ərazilərə Amazon, Atlantik Meşəsi, Konqo Hövzəsi, Mekonq bölgəsi və Cənub-Şərqi Asiyadakı Borneo adası daxildir.

Ötən ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində Braziliya Prezidenti Lula da Silva fonda ilk investisiyanı -1 milyard dollar qoydu. Bu, Braziliya hökumətinin yalnız meşələri qorumaq deyil, həm də onları qoruyanları mükafatlandırmaq əzmini nümayiş etdirirdi.

Qeyd edək ki, fondun yaradılması 2023-cü ildə Dubayda keçirilən COP28-də başlayıb və rəsmi açılışı COP30-da baş tutub. İndiyə qədər fonda beş tropik meşə ölkəsi qoşulub: Kolumbiya, Qana, Konqo Demokratik Respublikası, İndoneziya və Malayziya. Potensial investor ölkələri arasında Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Norveç, Birləşmiş Krallıq yer alır və dividendlərin investorlar və meşə ölkələri arasında bölüşdürüldüyü qarışıq investisiya mexanizminə töhfə verir.

İnvestor hökumətlərinin qarşıdakı illərdə 25 milyard dollar ianə etməsi və özəl mənbələrdən 100 milyard dollardan çox vəsait cəlb etməsi gözlənilir. Braziliya hökuməti fondun ildə təxminən 4 milyard dollar gəlir əldə edə biləcəyini təxmin edir ki, bu da meşələrin qorunması üçün mövcud olan güzəştli maliyyələşdirmədən təxminən üç dəfə çoxdur. Lakin qlobal meşə maliyyəsi hələ də kifayət deyil. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına (UNEP) görə, illik investisiya 2023-cü ildəki 84 milyard dollardan 2030-cu ilə qədər 300 milyard dollara və 2050-ci ilə qədər 498 milyard dollara qədər artmalıdır ki, bu da illik 216 milyard dollar kəsir yaradacaq.

Tropik Meşələr Fondu iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi ilə mübarizə aparmaq üçün qlobal səyləri dəyişdirməyi hədəfləyir. Bu təşəbbüs həmçinin ədalətli, inklüziv və proqnozlaşdırıla bilən maliyyələşdirməni vəd edir. Bu il COP30 konfransının gündəmində əhəmiyyətli yer tutan tropik meşələr və qorunması məsələsi meşələrin dünya üçün nə qədər vaib olduğunu diqqətdə saxladı.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri