Osman Gündüz: “Mediatrends” artıq 52 ölkəni əhatə edir
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Azərbaycanın ilk milli media monitorinq platformalarından biri olan "Mediatrends” genişlənmə strategiyasını davam etdirir.
AZXEBER.COM xəbər verir ki, bunu Osman Gündüz Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Süni intellekt əsaslı media və monitorinq platforması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yerli bazarda fəaliyyətə başlayan layihə artıq 52 ölkəni əhatə edən vahid qlobal platformaya çevrilib.
Platformanın inkişaf mərhələlərinə toxunan Osman Gündüz bildirib ki, "Mediatrends”in ilk layihəsi 2022-ci ildə fəaliyyətə başlayan mediatrends.az saytı olub. Milli media monitorinq platforması kimi yaradılan sayt hazırda da fəaliyyətini davam etdirir.
2023–2025-ci illərdə platforma regional bazarlara genişlənərək 7 ayrı domen üzərindən fəaliyyət göstərib. Bu mərhələdə müxtəlif ölkələr üçün lokal versiyalar və dil dəstəyi təmin olunub.
2026-cı ildə isə "Mediatrends Global” mərhələsinə keçid edilib. Platforma mediatrends.ai domeni üzərindən fəaliyyətini vahid qlobal sistemdə birləşdirib. Hazırda sistem 52 ölkəni və 44 dili əhatə edir və vahid idarəetmə paneli vasitəsilə fəaliyyət göstərir.
"Mediatrends” qlobal platforma kimi media monitorinqi və analitika sahəsində fəaliyyətini genişləndirməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















