Icma.az
close
up
RU
75 yaşlı Rusiya lideri barədə 10 maraqlı FAKT Putin kimdir? FOTO

75 yaşlı Rusiya lideri barədə 10 maraqlı FAKT Putin kimdir? FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu gün 7 oktyabrda 75 yaşını qeyd edir. Dövlət başçısının ad günü münasibətilə bir çox ölkə liderləri Putinə təbrik mesajları göndəriblər.

Milli.Az sizə Rusiya prezidenti Vladimir Putinin həyatı və karyerası haqqında geniş icmal təqdim edir:

O, 1952-ci ildə anadan olub və İosif Stalindən sonra Rusiyanın ən uzunmüddətli lideridir - 20 ildən çoxdur ki, ölkəni idarə edir.

Maraqlı faktlar: 

1. Putin 1950-60-cı illərdə Leninqradda (indiki Sankt-Peterburq) kasıb ailədə böyüyüb. Onun atası müharibədə yaralanıb, anası isə küçələri süpürür və laboratoriyalarda işləyirmiş.

2.O, məktəbdə intizamsız şagird olub, lakin sonradan hüquq təhsili alaraq KQB-yə qoşulmağı hədəfləyib.

3.1975-ci ildə Leninqrad Dövlət Universitetini bitirdikdən sonra KQB-də çalışıb, Almaniyanın Drezden şəhərinə ezam olunub və leytenant-polkovnik rütbəsinə qədər yüksəlib. SSRİ dağıldıqdan sonra xidmətini tərk edib.

4. 1990-cı illərdə siyasətə daxil olub, əvvəlcə Sankt-Peterburq meri Sobçakın müavini, sonra isə Moskvada prezident administrasiyasının yüksək vəzifəli üzvü kimi çalışıb. 1999-cu ildə Boris Yeltsinin istefasından sonra prezident olub.

5.11 yaşından cüdo ilə məşğul olur, bu sahədə kitablar da yazıb. 

6.Putinin "Beatles" qrupunu sevdiyi və ən çox "Yesterday" mahnısına üstünlük verdiyi bildirilir.

7. Qara dəniz sahilində yerləşən, dəyəri 1 milyard dollardan çox olan dəbdəbəli iqamətgahla bağlı məlumatlar var. Kompleksdə hovuz, teatr, kazinolar və gizli tunellər yerləşir.

8.1983-cü ildə Lyudmila Şkrebnevaya ilə evlənib, iki qızı - Mariya və Katerinası var. Cütlük 2013-cü ildə boşanıb.

9. Putinin müxtəlif heyvanlarla fotoları məşhurdur. O, həm ev heyvanlarını sevir, həm də heyvanların qorunması ilə bağlı qanunların qəbuluna dəstək verir.

10. 1990-cı illərdə Vladimir Putin Anatoli Sobçakla işləyib. Sobçak 1996-cı il seçkilərində uduzanda Putin taksi sürücüsü işləməyi düşündü. İndiki dövlət başçısının artıq belə bir təcrübəsi var idi - 1991-ci ildə o, ailəsinin gəlirini artırmaq üçün küçədən sərnişin götürürdü. O vaxt Putin 1999-cu ildə prezident postunu tutacağını ağlına belə gətirə bilməzdi.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri