İtlər barədə maraqlı fakt açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İtlər güzgüdə öz əksini görsələr də, heç vaxt özlərini tanımırlar.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev bildirib.
Mütəxəssis qeyd edib ki, it güzgüdə öz əksini görəndə onunla maraqlanmağa, güzgünün ətrafında dövrə vurmağa, hürməyə, hərəkət edən obyekti iyləməyə və hücum pozaları almağa başlaya bilər. Lakin heyvan qoxunu hiss etmədikdə, güzgüdəki təsvirə olan marağını tez itirir. Belə ki, itlər gördüklərini qoxu əsasında anlayırlar.
Kinoloq əlavə edib ki, güzgüdə yalnız oranqutanlar, şimpanzelər, qorillalar, delfinlər, fillər, qatil balinalar və sağsağanlar özlərini tanıya bilirlər.
Bu mövzuda digər xəbərlər:Sahibsiz itlər...
04 Noyabr 2024 19:07
İtlər bizə nəyi öyrədir? Kinoloqdan maraqlı həyat dərsləri
30 Mart 2026 18:11
İtlər sahiblərinin bu hərəkətini təkrarlayır Alimlərdən maraqlı NƏTİCƏ
26 Avqust 2026 15:58
İtlər insanları parçalayır...
07 Mart 2025 14:30
Hansı itlər uşaqlarla yola getmir? 12 cins açıqlandı
18 May 2026 16:43
Baxış sayı:152
Bu xəbər 25 Noyabr 2024 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















