Icma.az
close
up
RU
78 yaşlı Hicrət nənə: Tələbə olacağımı eşidəndə çox sevindim VİDEO

78 yaşlı Hicrət nənə: Tələbə olacağımı eşidəndə çox sevindim VİDEO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oxumağın, öyrənməyin yaşı yoxdur. Hansı yaşda olursan ol oxumaq,öyrənmək insana zövq verir. İnsanın elmə, sənətə və bilik qazanmağa sevgisi varsa, o, istənilən yaşda arzularını gerçəkləşdirə bilər. Ordubad şəhər sakini, 78 yaşlı Hicrət Yusifova da bu fikirdədir.
Bizim.Media “nuhçıxan.az”a istinadən xəbər verir ki, beş övlad anası, 12 nəvə və 12 nəticə sahibi olan Hicrət nənə arzusunu həyata keçirərək tələbə adını qazanıb.
O bu ildən Ordubad Peşə Liseyində Xalçaçı ixtisası üzrə təhsil almağa başlayıb və ömrünün yeni səhifəsini böyük sevinc və qürur hissi ilə açıb.
Hicrət Yusifova müsahibəsində ömrünün maraqlı səhifələrindən danışdı:
“Mən 1946-cı ildə Ordubad şəhərində anadan olmuşam. 1953-cü ildə Məhəmməd Tağı Sidqi adına 1 nömrəli tam orta məktəbə getmişəm. 8-ci sinfi bitirdikdən sonra, 16 yaşımda ipək fabrikində işə başladım. Bir il sonra ailə həyatı qurdum. Sonradan gecə məktəbində oxuyaraq yoldaşımla birlikdə attestat aldıq. 25 il Ordubad ipək fabrikində çalışdım. Elə orada toxuculuq işləri ilə tanış oldum və xalçaçılığa marağım yarandı. Fasilələrdə parçalar toxuyur, öyrənirdim. Bu sənət bizə qədimdən miras qalmış ənənədir”.
Hicrət Yusifova bildirib ki, Ordubadda xalçaçılıq kursunun açıldığını öyrənəndə dərhal müraciət edib:
“Uşaqlıqdan xalça toxumağa marağım vardı. Atamın, anamın və nənəmin evində gözəl xalçalar vardı, onlara heyranlıqla baxardım. Düşünürdüm ki, yaşımın çoxluğuna görə məni peşə məktəbinə qəbul etməzlər, amma elə olmadı. İlk dəfə sinfə daxil olanda bir az həyəcanlandım, çünki qrup yoldaşlarım məndən xeyli gənc idi. Amma bu mənim üçün maraqlı bir təcrübə oldu”.
Bu qərarını bəziləri təəccüblə qarşılasa da, sosial şəbəkələrdə yazılan müsbət rəylər Hicrət nənəni daha da ruhlandırıb. O, gənclərə də müraciət edərək belə deyir: “Tövsiyəm odur ki, oxusunlar, öyrənsinlər. Xalçaçılıq çox gözəl sənətdir. İlk toxuyacağım xalçaya Ordubadın mənzərəli yerlərinin adını vermək istəyirəm ki, bu sənət daim yaşasın. Peyğəmbərimizin də dediyi kimi: “Beşikdən qəbr evinə qədər oxuyun”. Çünki öyrənmək üçün heç vaxt gec deyil”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri