Icma.az
close
up
RU
78 yaşında tələbə adını qazanan Hicrət nənə: “Oxumağın yaşı yoxdur”

78 yaşında tələbə adını qazanan Hicrət nənə: “Oxumağın yaşı yoxdur”

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı başlıqlar ölkə mediasını bəzəyir. Hər kəsdə bu nənə kimdir, bu qərara necə gəlib kimi suallar yaranır. 

78 yaşlı Hicrət Yusifova bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub. O peşə təhsili alacaq. Biz ora çatanda hər kəs kimi o da dərsdə idi. Tələbə yoldaşları ilə birlikdə gənc müəllimə diqqətlə qulaq asır, balaca dəftərinə qeydlər edirdi. 

Sakitcə dərsin bitməsini gözləyirik. Hicrət nənənin o qədər nurlu siması var ki, oxumaq həvəsinin nədən qaynaqlandığını söhbət etməmişdən anlamaq olur. Pozitiv, enerjili, gülərüz və mehriban.


Dərs bitəndən sonra istehsalat otağına keçirik. Əlinə xalça toxumaq üçün bıçağı alır və başlayır toxumağa. Həvəslə və bir o qədər də sevgi ilə edir işini. Bilinir ki, dərsə təzə başlasa da, əvvəldən xalça toxumağı bacarır. 

"Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb", – bunu bizə özü deyir. Əlavə edir ki, oxumağın, öyrənməyin yaşı yoxdur. Elə bu əzmlə də tələbə adını qazanıb.

Hicrət Yusifova 1953-cü ildə Məhəmməd Tağı Sidqi adına 1 nömrəli tam orta məktəbə gedib. 8-ci sinfi bitirdikdən sonra, 16 yaşında ipək fabrikində işə başlayıb və bir il sonra ailə həyatı qurub. Təhsili yarımçıq qalsa da, hər zaman yenidən oxumaq və orta məktəbi bitirmək arzusunda olub: "Gecə məktəbində oxuyaraq yoldaşımla birlikdə attestat aldıq. 25 il Ordubad ipək fabrikində çalışdım. Elə orada toxuculuq işləri ilə tanış oldum və xalçaçılığa marağım yarandı. Fasilə zamanı parçalar toxuyur, öyrənirdim. Bu sənət bizə həm də qədimdən miras qalmış ənənədir”.

Deyir ki, uşaqlıqdan xalça toxumağa marağı olub: "Atamın, anamın və nənəmin evində gözəl xalçalar vardı, onlara heyranlıqla baxardım və düşünürdüm ki, kaş ki mən də toxuya bilərdim".


Bu arzusunun isə artıq reallaşacağı vaxt çatıb: "Telefonda gördüm ki, Ordubadda xalçaçılıq kursu açılacaq, dərhal müraciət etdim. Düşünürdüm ki, yaşımın çoxluğuna görə məni peşə məktəbinə qəbul etməzlər, amma elə olmadı. İlk dəfə sinfə daxil olanda bir az həyəcanlandım, çünki qrup yoldaşlarım məndən xeyli gənc idi. Amma bu mənim üçün maraqlı bir təcrübə oldu”.

Bəs qonum-qonşusu, qohumları bu xəbəri necə qarşılayıb? "Mənfi də, müsbət də qarşılayanlar oldu. Bəziləri təəccüblə qarşılasa da, sosial şəbəkələrdə yazılan müsbət rəylər məni daha da ruhlandırdı", – deyə o deyir. Peşə məktəbi bitəndə və sərbəst şəkildə xalça toxumağa başlayanda ilk toxuyacağı xalçaya Ordubadın adını vermək istəyir. Deyir o qədər mənzərəli yerlər var, istəyir ki, bu gözəllik xalçaya həkk olunsun, gələcək nəsillərə yadigar qalsın.


"Oxumaq, öyrənmək heç bir yaşda gec deyil, həvəs və maraq varsa, hər zaman oxumaq olar" fikrindədir. Ona görə də oxumaq həvəsi olanlara tövsiyəsi var: “Xalçaçılıq çox gözəl sənətdir. Xüsusilə gənclər gəlsin oxusun, öyrənsinlər. Peyğəmbərimizin də dediyi kimi: “Beşikdən qəbir evinə qədər oxuyun”. O qədər həzin və duyğulu söhbət edir ki, insan söhbəti bitirmək istəmir. Amma onun da növbəti dərsi və öyrənmək istədikləri var. (Mənbə: Azərbaycan müəllimi)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri