Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

8 avqust Vaşinqton görüşü: Ədalətin bərpası günü

8 avqust Vaşinqton görüşü: Ədalətin bərpası günü

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Tarixdə bir çox hadisələrin əhəmiyyəti və dəyəri müəyyən bir zaman keçdikdən sonra daha aydın başa düşülür. 2025-ci il avqustun 8-nə Azərbaycan diplomatiyası uzun, çətin, amma şərəfli bir yol ilə gəlib çatdı və öz hədəflərinə nail oldu.
Avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, – Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan mühüm sənədlər, – Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Strateji tərəfdaşlıq memorandumu, sülh sazişinin paraflanması və üçtərəfli Birgə Bəyannamə yalnız konkret diplomatik aktlar deyil, həm də bölgədə uzunmüddətli sülh, sabitlik və iqtisadi inkişafın bünövrəsini qoyan tarixi addımlardır.
Bu uğurların təməlində Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər dayanır. İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı. Ermənistanın illərlə davam edən işğal siyasəti iflasa uğradı, onun Rusiyadan asılılığı zəifləməyə başladı və sülh üçün real zəmin formalaşdı. Azərbaycan isə qalib dövlət kimi yalnız hərbi deyil, həm də siyasi gündəliyi müəyyən edən tərəfə çevrildi.
Bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Başqa tərzdə desək, Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə addımlayır. Maraqlıdır ki, hər iki təqvim 8 rəqəmi ilə tarixə düşdü. Bu, cənab Prezident İlham Əliyevin apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsidir, bir də ilahi ədalətin bərpasıdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Bu uğur ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi. Məhz bu məqamı diqqətə alaraq Prezident İlham Əliyev səfərin nəticələrini yüksək qiymətləndirərək bildirib: “Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, bölgəmizə dayanıqlı sülh gəlib. Bu, Azərbaycan, Ermənistan və bütün bölgə üçün əhəmiyyətlidir. Biz bunu dünyanın ən nüfuzlu paytaxtında, ən güclü Prezidentin iştirakı ilə etdik. Haqq-ədaləti müharibə yolu ilə bərpa etdik, indi isə siyasi müstəvidə nöqtəni qoyduq.”
Xüsusi olaraq bildirim ki, dövlətimizin başçısının Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səmimiyyətlə qarşılanması və keçirilən əhəmiyyətli görüş ölkəmizin qlobal siyasi arenada artan rolunun və nüfuzunun aydın göstəricisi kimi tarixə həkk olundu.
Vaşinqtonda liderlərin üçtərəfli formatda keçirilən görüşü tarixi hadisə kimi yadda qaldı və Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu. Azərbaycan bir daha sülhə sadiqliyini və bu istiqamətdə səmimi iradəsini nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq qəbul edilmiş Birgə Bəyannamə Qarabağ Zəfərinin məntiqi davamı kimi Azərbaycanın diplomatik uğurları siyahısına yazıldı. İlk növbədə, bu görüş Azərbaycana və onun prezidentinə göstərilən etimadın, verilən dəyərin ifadəsidir. Çünki prezident İlham Əliyev özünün amalları və əməlləri ilə sübut edir ki, dünyada sülh və bərabərlik tərəfdarıdır.
Vaşinqtondakı üçtərəfli görüş hər üç dövlətin milli maraqlarına uyğundur. ABŞ Cənubi Qafqazda özünü hiss etdirməkdə və regionda sabitliyin təmin olunmasına töhfə vermək niyyətindədir. Bu isə Azərbaycan üçün çox dəyərlidir.
Vaşinqton sammitinin diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə – Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. Mənbələrə görə, ABŞ-nin təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı.
Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirəcək, eyni zamanda görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi.
Azərbaycan Prezidenti bu qərarı “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi; bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirəcək.
Azərbaycan üçün strateji qazanc və perspektivlər 8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi qiymətləndirilə bilər. Bu mərhələ Beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır. Prezident İlham Əliyev təkcə yeni, qüdrətli, qalib Azərbaycanın deyil, həm də artıq topsuz-tüfəngsiz, yüksək zəkasının və diplomatik istedadının sayəsində gerçəkləşdirməyi bacardığı xilaskarlıq missiyası ilə sabahkı daha güclü, daha yekdil, daha inkişaf etmiş Cənubi Qafqazın xilaskarı və qurucusu adlanmağa layiqdir.
Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri