Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Mina qurbanları üçün ədalətin bərpası

Mina qurbanları üçün ədalətin bərpası

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarını müdafiə edən xüsusi qətnamə irəli sürülüb

Azərbaycan dünyada müharibə cinayətlərinin, o cümlədən də mina terrorunun qarşısının alınmasını hədəfləyən beynəlxalq kampaniyaların genişlənməsinə fəal dəstək göstərir. Elə bu günlərdə respublikamızın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürülüb.

Bu barədə aprelin 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə elan edilib.

Xatırladaq ki, Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdindəki Daimi Nümayəndəliyi və “Universal Rights Group” (URG) beynəlxalq təşkilatı tərəfindən birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilib. 

4 minə yaxın mina qurbanının olduğu ölkə

Respublikamızın təşəbbüsü ilə BMT-də mina qurbanlarının hüquqlarını müdafiə edən xüsusi qətnamənin  irəli sürülməsi təsadüfi deyil. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş və bunun ağır fəsadlarını öz üzərində hiss edən ölkələr sırasında yer alır. İşğalın davam etdiyi 30 il ərzində ərazilərimizin iyirimi faizi boz zonaya çevrilib, orada ən ağlasığmaz yerlərdə çoxsaylı minalar basdırılıb.

Tədbirdə əsas məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dəhşət saçan faktlara diqqət çəkib. Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan natiq postmünaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat və sağlamlıqlarını itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 minə yaxın mina qurbanı olduğunu vurğulayıb. Sözügedən qətnamənin İHŞ-də ilk dəfə qəbul ediləcəyini bildirən E.İskəndərov bu sənədin mina qurbanları üçün ədalətin bərpa olması, onlara beynəlxalq yardımın artırılması üçün zəmin yaradacağını deyib.

Ölkəmizdə mina terrorunun fəsadlarının xüsusilə ağır olması həm də məğlub Ermənistanın minalanmış ərazilərin səhih xəritələrini respublikamıza təqdim etməməsindən qaynaqlanır. Gözənilirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra zamanında yol verilən müharibə cinayətlərinin məsuliyyətini bütün ciddiliyi ilə başa düşəcək və minalanmış ərazilərin səhih xəritələrini könüllü şəkildə ölkəmizə təqdim etməyə qərar verəcək. Bu, postmüharibə dönəmində etimad quruculuğu və sülhyaratma prosesinə güclü impuls verərdi. Ancaq belə görünür ki, özündən “sülh göyərçini” obrazı yaratmağa çalışan Nikol Paşinyan və onun komandasında yer alanlar, bütövlükdə Ermənistan cəmiyyəti belə bir iradədən və xoş niyyətdən uzaqdırlar. Bəli, postmüharibə dövründə Ermənistan tərəfindən respublikamıza hansısa “xəritələr” təqdim olunub. Ancaq həmin “xəritələr” üzrə axtarışların səmərəlilik göstəriciləri hədsiz dərəcədə aşağı olub. Sual yaranır: Nə üçün “sülhə hazırıq” deyən Ermənistan rəhbərliyi səhih mina xəritələrini gizlədir? Bunun alt qatında gizlənən məna nədir?

Azərbaycanın təşəbbüsünə güclü beynəlxalq dəstək

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95 faizi minalardan təmizlənib. Bütövlükdə, İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı dörd ildə (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

Hazırda da minatəmizləmə əməliyyatları bütün intensivliyi ilə davam etdirilir. Bu günlərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı mart ayı üzrə məlumat yayıb. Verilən  məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.

Göründüyü kimi, minatəmizləmə əməliyyatları uzun vaxt aparan və böyük həcmlərdə maliyyə vəsaiti tələb edən çətin bir prosesdir. Burada mina terrorundan əziyyət çəkən ölkələrə ayrı-ayrı dövlətlərin və donor təşkilatların davamlı dəstəyi çox mühüm amildir. Təəssüf doğuran haldır ki, postmüharibə dönəmində Azərbaycanın ünvanına absurd ittihamlar səsləndirən  bir sıra ölkələr və beynəlxalq təsisatlar  son dərəcə mühüm humanitar məna kəsb edən minatəmizləmə əməliyyatlarının aparılmasında ölkəmizə hansısa bir dəstəyi verməyə tələsmirlər. İndiyədək respublikamızda həyata keçirilən minatəmizləmə fəaliyyətinə yönəldilən maliyyə yardımlarının yalnız 4-5 faizi beynəlxalq donorların payına düşür ki, bu da çox azdır.  Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi (MN), Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və 4 özəl şirkət yerinə yetirir.

Azərbaycanın irəli sürdüyü təşəbbüs dünya üzrə mina terroruna qarşı mübarizənin səmərəliliyini artırmağı, bu sahədə qlobal həmrəyliyi gücləndirməyi hədəfləyir və buna görə də  beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. XİN rəsmisi Azərbaycanın əsas həm müəllif qismində irəli sürdüyü “Piyadalar əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri” adlı qətnamənin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil olduğunu elan edib. Natiq diqqətə çatdırıb ki, hələ iki il əvvəl belə bir təşəbbüslə çıxış etmiş ölkəmiz bu hədəf istiqamətində sistemli fəaliyyət aparıb. Bunun nəticəsində mövzu üzrə ilk dəfə xüsusi hesabat İHŞ-də təqdim edilib, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil olunub, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nin 57-ci sessiyasında yayılmış Birgə bəyanat 65 ölkə tərəfindən dəstəklənib.

Tədbirdə çıxış edən qətnamənin həmmüəllifi olan Əlcəzair, həmçinin Qambiyanın BMT-nin Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar. Çıxışçılar Azərbaycana insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinə verdiyi dəstəyə görə təşəkkür ediblər.

Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Keit tərəfindən “Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının hüquqlarının təmin edilməsi ilə bağlı beynəlxalq həmrəylik mexanizminin yaradılmasına nail olmaqdır.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri