Icma.az
close
up
RU
8 ildir evlərinə həsrət qalıblar “Kirayə pulunu da ödəyə bilmirik” Video

8 ildir evlərinə həsrət qalıblar “Kirayə pulunu da ödəyə bilmirik” Video

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Nəriman Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yerləşən “Sipark” yaşayış kompleksindəki evlərini 6 il əvvəl təhvil almalı olan insanlar hələ də MTK-nın yolunda ayaq döyməli olur.

“Qafqazinfo” xəbər verir ki, REAL TV-yə danışan sakinlərin sözlərinə görə, 2017-ci ildə onlar “Eurostroy ss” şirkəti ilə müqavilə imzalayıblar.

Şikayətçilər iddia edir ki, 2 ilə yekunlaşmalı olan binanın tikintisi artıq 8 ildir bitmək bilmir. Həmçinin sakinlər kirayə ödənişlərini də vaxtlı-vaxtında ala bilmirlər. Şirkət hər ay ödəməli olduğu məbləği həftələr ərzində hissə-hissə ödəyir:

“300 manata müqavilə bağlayıblar, bu ərazidə də evlərin kirayə qiymətləri qalxıb. 500 manatdan aşağı kirayə yoxdur. Evi də 9 ildir nə qədər gözləyək? Hər dəfə söz verirlər, nəticəsi də yoxdur. Həftəyə 100 manat ödəyirlər. Mən də ehtiyacımı ödəyə bilmirəm. Ev pulunu verə bilmirəm, kirayəçiyəm. Müdiriyyət bizə demişdi ki, noyabrın 5 ilə 10-u arası evlər təhvil veriləcək. Biz çox əziyyət çəkirirk. 9 ildir gəlib gedirik heç bir nəticə yoxdur. Tikinti də göz qabağındadır. Buranı 1 aya təhvil vermək olar?”.

Sözügedən şirkətin əməkdaşı isə problemdən xəbərdar olduqlarını, sakinlərə işlərlə bağlı vaxtaşırı məlumat verdiklərini bildirib: “Bu yaxınlarda sakinlərlə görüşmüşük və onlara bu barədə geniş məlumat vermişik. Müəyyən səbəblərdən biraz gecikmələrimiz olub. Demək olar ki, 3 blok artıq hazırdır. Onların liftləri də gəlib. Liftlərin quraşdırılması və dam örtüyünün örtülməsi istiqamətində işlər gedir. İlin sonunadək həmin 3 bloku sakinlərə təhvil verəcəyik. Qalan digər bloklar isə onlardan 4-5 ay sonra təhvil veriləcək. Ödənişlərdə də müəyyən gecikmələr var, amma heç bir sakin deyə bilməz ki, biz hər həftə pul almırıq. Kirayə pulu demək olar ki, ödənilir. Müəyyən gecikmə olubsa, o pullar da hesablanıb həmin sakinlərə qəpiyinə qədər ödəniləcək. Kirayə ilə bağlı heç kəsin 1 manatı da şirkətdə qalmayacaq”.

Daha ətraflı videomaterialda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri