Icma.az
close
up
RU
Xərcləyirik, sonra ödəyə bilmirik

Xərcləyirik, sonra ödəyə bilmirik

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artıb. Ölkəmizdə kredit kartlarının sayının, həmçinin onlar vasitəsilə xərcləmələrin həcminin sürətlə artması hansısa risklər yaradırmı? Qonşu ölkələrdə vaxtilə yaşanan problemlərin bizdə də təkrarlanmsı təhlükəsi varmı?

Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, insanları kredit kartlarına yönəldən səbəblər var: "Artımın səbəblərindən biri bonus və hissəli ödəniş imkanlarının genişlənməsi, həmçinin populyarlaşmasıdır. Hissəli ödədikdə məbləğ insanların gözünə böyük görünmür, hansı ki, bu da əməliyyatları artıran səbəblərdəndir. Post-terminallar da artır, kartdan-karta ödənişlərlə bağlı görülən işlər də təsir edir. Həmçinin ölkəmizdə də onlayn satış platformaları yaradılır və sayları artır. Kommunal xidmətlərin də artıq asanlıqla kart vasitəsilə onlayn şəkildə ödənilə bilməsi mümkündür. Bu da kredit kartlarının daha çox istifadə olunmasına şərait yaradır. Dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir”. Ekspertin fikrincə, kredit kartlarından istifadədə maksimum ehtiyatlı olmaq lazımdır: "Çünki vətəndaşlar kartla pul xərclədikləri zaman bunun fərqində olmurlar. Sonradan krediti ödəmək zamanı çətinlik çəkirlər. Bir neçə kredit kartından eyni anda xərcləmə edən insanlar da var”.

E.Sadıqovun fikrincə, bu amil makroiqtisadi cəhətdən riskli olmasa da, mikroiqtisadiyyatda müəyyən risklər daşıyır: "Əhalinin nominal gəlirləri ilə bu məbləği müqayisə etdikdə görürük ki, elə də böyük rəqəm deyil. Ümumdaxili məhsul fonunda da rəqəmlər qorxu doğurmur. Ümumi iqtisadiyyatı, borclanmanı nəzərə aldıqda, elə də risk olmadığını düşünə bilirik. Lakin bu, məsələyə böyük aspektdən baxdıqda əldə etdiyimiz nəticədir. Vətəndaş mövqeyindən baxdıqda isə məsələ dəyişir. Bu borc əhalinin müəyyən bir qrupunda toplandığı üçün təhlükəlidir. 40 faizlik artım müəyyən riskləri doğurur. Mikroiqtisadi baxımdan təhlil etdikdə borclanan əhalinin bir təbəqəsidir. Onların borc yükü ilə gəlirləri arasında hansı mütənasiblik var? Çünki adətən yüksək gəlirli insanlar kredit kartları ilə bağlı məsələyə daha ağıllı yanaşırlar. Onların borc yükləri əməkhaqlarının üç mislindən çox olmur”. 

Ekspert bildirdi ki, borclar yığıldıqca problemli kreditlərə çevrilir: "Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir. Böhran baş verərsə, əhalinin böyük kütləsi ciddi problemlə üzləşəcək və borclarını ödəyə bilməyəcək. Sonra problemli kreditlər yaranır. İnsanlar ömürlərinin çox hissəsini bu yüklərdən qurtulmaq üçün xərcləyirlər. Bəzi hallarda hətta bu borclara görə dəyərli daşınmaz əmlaklarını itirirlər. Bu, həm banklar, həm də iqtisadiyyatımız üçün problem yaradar, sosial gərginliyi artırar”.  

Mütəxəssis Türkiyədə bu məsələ ilə bağlı yaranmış problemə də toxundu: "Qonşu ölkələrdə baş verənləri nəzərə alsaq, görərik ki, istehlak kreditləri türk məhsullarının istehsalını dəstəklədi. Bəlkə də kredit kartları olmasaydı, oradakı istehsal bu qədər inkişaf etməzdi. İstehsal artdıqca, ixrac da artdı. Yəni kredit kartları vasitəsilə iqtisadiyyata böyük töhfə verildi. Məhz bu nəzərə alındığı üçün kredit kartlarına görə yığılıb qalan borclar sonradan dövlət tərəfindən əfv edildi. İnflyasiya səbəbindən daha rahatlıqla ödənildi”. 

E.Sadıqovun sözlərinə görə, bizdə kreditlər Türkiyədən fərqli olaraq iqtisadiyyatımıza ciddi zərər vura bilər: "Bizim kimi ölkələr üçün Türkiyə təcrübəsi keçərli deyil. Çünki kredit kartları və istehlak kreditləri istehsala, iqtisadiyyatımıza o qədər də töhfə vermir. Əksinə, yaranan borc, risk ölkəmiz üçün əlavə yükdür. Bu vəsaitlər həyati vacib məhsullara deyil, lüksə, şəxsi məsələlərə sərf edilirsə, ölkəyə kapital gəlmir. Nəzərə almalıyıq ki, bu kreditlərin əksəriyyəti xaricdən məhsul idxal edilməsinə yönəlir”. 

Müsahibimiz risklərlə bağlı məsləhətlərini də verdi: "Bankın əsas vəzifəsi kredit verməkdir. Onlar kredit kartları ilə bunu daha da artırırlar. Burada əsas məsələ kreditlərin düzgün şəkildə verilməsidir. Banklar kredit verərkən tək öz portfellərini nəzərə almamalıdırlar. Makroiqtisadi göstəricilər, müştərinin riskləri diqqətdə saxlanılmalıdır. Kredit portfelinin yaxşı olması bir çox hallarda bankları arxayınlaşdırır. Daha çox qazanmağı düşünürlər, amma iqtisadi vəziyyətin hər an dəyişə biləcəyini nəzərə almırlar. Əhalinin hansı hissəsinin borcla yüklənməsi də nəzərə alınmalıdır. Kredit kartı borcu olanların digər borclarına da baxılmalıdır. Kredit kartından istifadə edənlərin neçə faizinin nə qədər borcunun olması, borcödəmə qabiliyyəti, aylıq gəlirləri, problemli müştəri olma ehtimalı və sair təhlil edilib nəzərə alınmalıdır. Əhaliyə də tövsiyə edərdim ki, kredit kartlarından səmərəli istifadə etsinlər. Lüzumsuz xərclərə yol verməsinlər”.  

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri