8 iranlı qadının azadlığı üçün çağırış etdi Foto
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azad olunması üçün rəsmi Tehrana müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu barədə özünün “Truth Social” platformasındakı hesabında paylaşım edib.
Tramp yaxın vaxtlarda nümayəndə heyətləri arasında baş tutacaq görüşlər ərəfəsində bu addımın mühüm diplomatik jest olacağını vurğulayıb:
“Tezliklə mənim nümayəndələrimlə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, dünya ictimaiyyəti sizin bu addımınızı ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu, danışıqlarımız üçün çox gözəl başlanğıc olar”.
Tramp həmçinin qeyd edib ki, humanitar xarakterli bu addım tərəflər arasında illərdir davam edən etimadsızlığın aradan qaldırılmasına kömək edə bilər. O, paylaşımına sözügedən qadınların fotosunu da əlavə edərək İran hökumətini həmin məsələyə həssas yanaşmağa çağırıb.
Qeyd edək ki, bu müraciət ABŞ nümayəndə heyətinin İslamabadda İran rəsmiləri ilə görüşməyə hazırlaşdığı bir vaxtda edilib. Vaşinqtonun bu gedişi danışıqlar masasında həm təzyiq, həm də yumşalma siqnalı kimi qiymətləndirilir. İran tərəfinin sözügedın humanitar çağırışa necə cavab verəcəyi hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















