Icma.az
close
up
RU
Uşaqların kibertəhlükəsizliyi üçün birgə çağırış FOTO

Uşaqların kibertəhlükəsizliyi üçün birgə çağırış FOTO

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Uşaqların kiber mühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Doğru.az xəbər verir ki. 4 iyun 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib. Tədbir insan alveri ilə mübarizə sahəsində aparılan işlər çərçivəsində baş tutub.

Komitə sədrinin müavini Aynur Sofiyeva açılış nitqində bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd sağlam ruhlu, savadlı və vətəninə bağlı bir nəslin formalaşdırılmasıdır. O, rəqəmsal təhlükələrə qarşı mübarizədə vətəndaş cəmiyyəti, media və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

A.Sofiyeva həmçinin qeyd edib ki, dövlət tərəfindən uşaqların rəqəmsal mühitdə müdafiəsi istiqamətində sistemli siyasət aparılır, müvafiq qanunvericilik aktları bu sahədə hüquqi çərçivəni formalaşdırır. Onun sözlərinə görə, uşaqların zərərli informasiyalardan qorunması günümüzün əsas prioritetlərindəndir.

Tədbirdə “Uşaqların internet təhlükəsizliyi” mövzusunda sosial çarx nümayiş olunub.

Daha sonra çıxış edən BMT-nin CEDAW Komitəsinin üzvü Dr. Elgün Səfərov Azərbaycanda uşaqların süni intellekt kontekstində müdafiəsinə dair fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulayıb. O, sosial şəbəkələrdə Azərbaycan dilində uşaqlar üçün keyfiyyətli məlumatların az olduğunu qeyd edərək, QHT-ləri bu sahədə fəal olmağa çağırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli isə sosial medianın uşaqların gündəlik həyatında rolunu önə çəkərək, təhlükəsiz internetin təmin olunmasının dövlət və cəmiyyətin birgə məsuliyyəti olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi polis mayoru İmran Əliyev kibercinayətkarların uşaqlara psixoloji və sosial təsir göstərmək yolu ilə onların şəxsi məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib. O, valideynlərin maarifləndirilməsi məqsədilə geniş təbliğatın vacibliyini qeyd edib.

Elm və Təhsil Nazirliyinin rəsmisi Ayaz Abuşov, Audiovizual Şuranın məsləhətçisi Ayxan Sadıqlı və digər çıxışçılar da rəqəmsal məkanda uşaqların hüquqlarının qorunması, təhlükəsiz və yerli dildə məzmunun artırılması, maarifləndirmənin gücləndirilməsi və kibertəhlükəsizlik mədəniyyətinin aşılanmasının önəmindən danışıblar.

Gülər Rzayeva “Məktəblinin dostu” layihəsinin uğurlarını paylaşaraq bu təşəbbüsün 78 məktəbdə 40 mindən çox məktəbliyə çatdığını bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Günel Baxşiyeva isə onlayn platformalarda uşaqların əmək istismarı risklərinə toxunaraq müvafiq tədbirləri açıqlayıb.

Sonda dəyirmi masa iştirakçıları uşaqların rəqəmsal təhlükələrdən qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə təkliflər irəli sürüblər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://dogru.az
archiveBu xəbər 05 İyun 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri