Icma.az
close
up
RU
8 milyon manata yaxın dövriyyə, 400 manat vergi... Naxçıvanla bağölı daha bir iddia yayılıb

8 milyon manata yaxın dövriyyə, 400 manat vergi... Naxçıvanla bağölı daha bir iddia yayılıb

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Son illər Naxçıvan Muxtar Respublikasında vergi nəzarətinin keyfiyyətinin yüksəldilməsi və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə xeyli iş görüldüyü, vergi daxilolmalarının artırıldığı ilə bağlı məlumatlar verilir.

Əvvəlki illərdən fərqli olaraq, 2023-2024-cü illərdə vergi daxilolmalarında artım var. Bəs bu artın nəyin hesabına olub?

Əgər bu artım kiçik sahibkarlara kütləvi şəkildə iri məbləğlərdə vergi cərimələrinin yazılması hesabınadırsda, bu, yaxın gələcəkdə çox ciddi problemlər yaradacaq. Muxtar respublikada kiçik və orta sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırması növbəti illərdə vergi daxilolmalarının kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər.

TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanda kiçik sahibkarlardan yığılan verginin həcmində artım olsa da, milyonlarla dövriyyəsi olan şirkətlər vergi ödəməyib.

Məsələn, Naxçıvanda fəaliyyət göstərən “Sərvət” İnşaat Məhdud Məsuliyyəti Cəmiyyətinin dövriyyəsi 2023-2024-cü illərdə 4 milyon manatdan çox olub. Şirkət cəmi 220 manat vergi ödəyib. “Zirvə qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövriyyəsi 3 milyon manatdan çoxdur. Bu MMC də vergidən yayınan şirkətlərdəndir. “Zirvə qrup” cəmi 190 manat vergi ödəyib.

Məlumata görə, dövriyyəsi milyonlarla manat olan “Güvən İnşaat”, “Güvən Ticarət”, “Optimal qrup” Məhdud Məsuliyyətli cəmiyyətləri də vergi ödəməyib.

İddia olunur ki, bu şirkətlərin himayədarı Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənovdur. Onun Naxçıvanda yüksək vəzifəli şəxslə dost və şərik olduğu ilə bağlı yerli mediada xeyli məlumat dərc edilib.

Məlumatlı mənbə bildirib ki, hazırda Naxçvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifələrini icra edən, bundan əvvəl isə Dövlət Vergi Xidmətinin rəisi vəzifəsində çalışan Abbas İsmayılov bütün bunlara göz yumub.

Bu faktlar onu göstərir ki, Naxçıvanda vergi inzibatçılığının möhkəmləndirilməsi, şəffaflığın təmin olunması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir, populizmdən başqa bir şey deyil.

Hesab edirik ki, təqdim etdiyimiz faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, ciddi tədbirlər görülməlidir.

Azərbaycanda vergi sahəsində qayda-qanun yaradan, neqativ halların qarşısını qısa zaman ərzində alan iqtisadiyya naziri Mikayıl Cabbarov Naxçıvanda iqtisadi sahədə baş verənlərlə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürsə, ciddi pozuntular aşkarlanacaq, külli miqdarda vergidən yayınma hallarının olduğu ortaya çıxarılacaqdır(TNS.AZ).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri