Naxçıvanla bağlı daha bir ləğv qərarı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sisteminin yenilənməsi istiqamətində köhnə normativ-hüquqi aktların ləğvi prosesi davam edir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərarla əvvəlki illərə aid ümumilikdə 180-dən çox qərar ləğv olunub.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, ləğv edilən qərarlar əsasən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qəbul olunmuş sənədləri əhatə edir. Bu sənədlər muxtar respublikada müxtəlif dövlət qurumlarının fəaliyyətinin təşkili, idarəetmə strukturları, ştat cədvəlləri, maliyyələşdirmə, tariflər və digər inzibati məsələlərlə bağlı olub.
Proses xüsusilə oktyabr və noyabr aylarında intensivləşib. Belə ki, oktyabrın 13-də qəbul edilən dörd qərarla 49, noyabrın 11-də qəbul edilən üç qərarla isə daha 45 qərar ləğv edilib.
Ləğv edilən sənədlər arasında vaxtilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş müxtəlif nazirliklərin, dövlət komitələrinin, idarələrin və müəssisələrin strukturunu, ştat sayını və fəaliyyət qaydalarını müəyyən edən qərarlar da var.
Eyni zamanda, noyabrın 5-də qəbul edilmiş ayrıca qərarla Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















